"Erməniləri Bakıya gətirmək yox, Qarabağı onlardan azad etmək lazımdır”-BƏYANAT


“Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İçtimai Birliyi, ermənilərin Azərbaycana müntəzəm səfərləri ilə bağlı bəyanat verib.

7gun.org Sozcu.az-a istinadən həmin bəyanatı təqdim edir:

BƏYANAT

Yayılan məlumatlara görə, Noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək. Məlumatlarda qeyd edilir ki, ermənilərin Bakıya səfəri “qarşılıqlı etimad” çərçivəsində baş tutacaq. Səfərdən sonra azərbaycanlı jurnalistlərin Ermənistana cavab səfərinə gedəcəyi gözlənilir.

“Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İçtimai Birliyi bəyan edir ki, ermənilərin müntəzəm olaraq Azərbaycana gətirilməsi erməni siyasətinin tərkib hissəsidir. Ermənilərin Bakıya gəlişini təmin edən məmurlar Azərbaycanda erməninilərin maraqlarının təminatçıları və erməni siyasətinə alət olanlardır.

Azərbaycanlı jurnalistlərin Ermənistana cavab səfərinə gedəcəyi haqda yayılan məlumatdan dərhal sonra, azərbaycanlı jurnalistlərdən birinin erməni qızlarla birlikdə olduğu şəkili yayaraq, onlarla ortaq bir layihədə iştirak edəcəyini bildirməsi, Azərbaycan hakimiyyətinin ölkəmiz üçün çox təhlükəli bir oyunun içinə düşməsindən xəbər verir.

“Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İçtimai Birliyi, bəyan edir ki, Qarabağın erməni işğalında olduğu bir zamanda. ermənilərlə azərbaycanlıların arasında erməni maraqlarına xidmət edən “sülh” siyasətinin aparılması Azərbaycan dövlətinin maraqlarına zidd olmaqla bərabər, vətənə xəyanətdir. Azərbaycan hakimiyyətinin üzərində olan məsuliyyət erməniləri Azərbaycana daşımaq yox, Qarabağı erməni işğalından azad etməkdir.

“Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İçtimai Birliyi Azərbaycan xalqını vətən üçün səfərbər olmağa və Azərbaycan hakimiyyətinin erməni siyasətinə xidmət edən, “qarşılıqlı etimad” adı altında təslimiyyət siyasətinə yox deməyə səsləyir.

QARABAĞSIZ AZƏRBAYCAN YOXDUR!