“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər"-Firuzə Gülalıyeva


Hüquq müdafiəçisi Oqtay Gülalıyevi müayinə edən türkiyəli həkimlər onu müalivə üçün təcili olaraq Türkiyəyə aparmağı tövsiyə ediblər.

7gun.org-ın məlumatına görə bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Turan-a açıqlamasında deyib.

Onun sözlərinə görə, türkiyəli həkimlər onun vəziyyətinin “çox ağır” olduğunu bildiriblər.

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər, ancaq oradakı müalicənin onu komadan çıxaracağına və sağaldacağına zəmanət verməyiblər. Mən razılıq verdim”, - F.Gülalıyev deyib.

Onun sözlərinə görə, hazırda O.Gülalıyevin Türkiyəyə göndərilməsinə hazırlıq gedir və bu, yaxın vaxtlarda baş tutacaq. Onun İstanbul Acibadem klinikasına yerləşdirilməsi nəzərdə tutulur.