Təbii ki, hakimiyyətin bu işdə əli yoxdursa...-VİDEO
Atam Oktay Gülalıyevin maşınla vurulması ilk başda sürücünün özünün xəstəxanaya aparması nə qədər də sifarişli qəza olduğunu düşündürməsə belə məlum video görüntüyə baxanda şübhələri artırır. Nə qədər ağır olsa da video görüntünü dəfələrlə izlədim...Həmin videodan da göründüyü kimi sürücü dönməli olduğu bucaqdan deyil, dönəcəyi yolun səkisinə çıxacaq dərəcədə səhv dönür. Bu məqamda sürücünün 'naşı' olması mümkün deyil. Çünki, taksi xidmətlərində sürücü işə götürülən zaman 'iş stajı' (yəni sürücülük təcrübəsinə) diqqət edilir.
Digər məqam isə odur ki, piyada xəttində atamla birlikdə yolu keçmək üçün gözləyən adam yolu keçmir. Və o əvvəlcədən gözləyərək tum çırtlayır. Hətta qəza baş verdikdə belə.. Görüntüyə diqqətlə nəzər yetirsək görmüş olarıq ki, ata heç də tələsməyib və onnan qabaq başqa bir nəfər belə yolu artıq keçir...
Əlavə qeyd etmək olar ki, həmin maşın işıqforun təzə yaşıl yanması ilə hərəkətə başlayır və sürəti yetərli dərəcədə azdır. Sürücü həm qəzanın fərqinə varanda qəzadan qaçırda, həm də maşını dərhal saxlaya bilərdi. Kifayət qədər yol enlidir. Həmçinin sürücünün xeyli dərəcədə soyuq davranması da şübhələri daha da artırır...
Əgər ümumi sadalanan bütün şübhələri aradan qaldırılmasını istəyirsinizsə istintaqla bağlı aşağıdakılar tam ciddi şəkildə ictimaiyyətə təqdim olunmalıdır:
1. Oktay Gülalıyev 'İşgəncələrə son qoyulsun!' adlı ictimai kampaniyanın saat 14:00 radələrində Montin adlanan yerdə, D18 hərəkatının ofisində mətbuat konfransında olmuşdur. Ofisdən Səməd Vurğun parkına qədər atanın izlənilib izlənilmədiyinə dair video görüntülər təqdim olunsun.
2. Taksi bildirdiyi kimi, sərnişin götürməyə gedirdi. Telefonunda sifarişlə bağlı həmin tarixə, həmin saata aid məlumatlar təqdim olunsun.
3. Taksi sürücüsünün telefonundan gün ərzində harada olduğu ardıcıl təqdim olunsun.
4. Qəza anına qədər taksi sürücüsünün hadisə yerinə yaxın minimum 1-2 km' dən müşahidə kameraları vasitəsi ilə görüntüləri təqdim olunsun.
Bütün bu məlumatları və video görüntülərin tapılması heç də çətin məsələ deyil. Saatlar bəlli, ünvanlar bəlli... Təbii ki, hakimiyyətin bu işdə əli yoxdursa...
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu,
Təbriz Gülalıyev