"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir"– İlham Əliyev


Bu gün iqtidardakı bəzi insanlar da islahatlara qarşı çıxır, çünki islahatlar onların şəxsi maraqlarına toxunur.

7gun.org Turan.az-a istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev oktyabrın 16-da 2019-cu ilin 9 ayı ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş müşavirədə bildirib.

"Bu insanlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər", deyə Əliyev bildirib. "İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda", deyə prezident əlavə edib.

O qeyd edib ki, mətbuat bir növ daxili mübarizə növünə çevrilib. "Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik", deyə Əliyev bildirib.

O qeyd edib ki, ölkə rəhbərliyi ölkənin müasir, sürətlə inkişaf edən, şəffaflığa sadiq dövlətə çevrilməsi üçün siyasi iradəyə malikdir. "Heç kim bu işdə bizə mane ola bilməz", deyə Əliyev qeyd edib. Bu zaman dövlət başçısı konkret ad çəkməyib.