Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər
AXCP sədri Əli Kərimlini vuran, ona xəsarət yetirən polis zabiti Tural Şıxəliyev olub.19 oktyabr mitinqi sübut etdi ki, maliyyə oliqarxiyası hakimiyyəti idarə edir. Hakimiyyətdə yüksək vəzifələr tutan oliqarxlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, yüksək və orta ranqlı məmurlar xalqı sosial fəlakətə sürükləyirlər. Məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq, vəzifədən sui-istifadə halları o qədər çoxalıb ki, xalq iqtidardan narazı düşüb. Ölkə Prezidenti də 15 oktyabr 2019-cu il tarixdə keçirilən müşavirədə hiddətləndi. Prezident iqtidarın komanda etibarı ilə yekdil olmadığını, hökümət rəsmilərinin bir-birini şantaj etməsini, dövlət büdcəsinin talanmasını açıqladı: “DÖZÜLMƏZDİR” etirazı ilə xalqdan sanki dəstək istədi.
19 oktyabr mitinqinə çıxanlar isə Milli Şura ilə yanaşı övladları, ərləri, bacı-qardaşları intihar edənlər, ailəsi dağılanlar, çörəklə imtahana çəkilənlər, əzizlərinin şərlənərək həbsxanalarda çürüdülənlər, taleləri daşa çırpılanlar idi.
Dünən KİV-lərin məlumatında izlədik ki, AXCP sədri Əli Kərimlini vuran, ona xəsarət yetirən İmişli RPŞ rəisi Füzuli Şıxəliyevin zabit oğlu Tural Şıxəliyevdir.
AXCP İmişli RT-nın sədri Əli Qasımovu isə Fizuli Şıxəliyev mitinqdən 3 gün əvvəl həbs etdirib.
Cənablar, görünür bu ölkədə hələ ki, haqq-ədalət basqı altındadır.
Məhbub Zülfüqarlı