'Gündəm Xəbər'' Mətbuat Şurasının yalanlarını ifşa etdi-FOTOFAKT
“Yerində apardığımız araşdırmalar əsl həqiqəti ortaya çıxartdı''
7gun.org Gundemxeber.az-ın feysbuk hesabında yayılan yazını olduğu kimi təqdim edir:"Hörmətli oxucular! Əvvəla onu qeyd etmək istəyirik ki, biz bir redaksiya olaraq dünən aşağıda bəhs edəcəyimiz yazının anonsunu dərc etmişdik. Biz bu gün adını başlıqda çəkdiyimiz qurumun məlum komissiyanın rəhbərliyinə təkzib verməkləri ilə bağlı məlumat göndərmişdik. Onların iş vaxtında təkzib yazıları dərc olunsayıdı, biz bu mövzuya heç də toxunmaq fikirində deyildik. Amma, müəyyən qədər götür-qoy etdikdən sonra, qərara gəldiyimiz fikirimizdən daşınmalı olduq. Buna əsas səbəb, Azərbaycan Mətbuat Şurasının 03 oktyabr 2019-cu il tarixdə keçirdiyi iclası zamanı Gundemxeber.az xəbər saytına qarşı ortaya qoyduğu yanaşmasının varlığı oldu. Hər kəsin diqqətinə onu çatdırmaq istəyirik ki, 03 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi p-i, 3007-ci məhəllə, “Tac Mahal” MTK-nın sakinləri, Baki şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova və digər dövlət qurumlarının rəhbər şəxslərinə ünvanladıqları şikayət ərizəsinin bir surətini, GundemXeber.Az saytının redaksiyasına da təqdim etmişdilər. Redaksiyamıza daxil olan şikayət ərizəsi əsasında müəyyən araşdırmalar apardıq ki, əsl həqiqətləri üzə çıxara bilək. Bəli, bu yöndə lazımi addımlarımızı atdıq, o halda bəlli oldu ki, heç də şikayətçi şəxslərin iddiaları əsl həqiqəti əks etmir. Yəni, məqalə dərc etməzdən öncə qarşı tərəfin səlahiyyət verdiyi şəxsin, hətta “Tac Mahal” MTK-nın inşa etdiyi binada yaşayan bəzi sakinlərin mövqelərini dinlədik və 11 sentyabr 2019-cu il tarixdə “Yerində apardığımız araşdırmalar əsl həqiqəti ortaya çıxartdı'' başlıqlı açıqlamanı ictimaiyyətin ixtiyarına buraxdıq. Məsələnin gülünc və ikrah doğuran halı o olur ki, “Tac Mahal” MTK-nın inşa etdiyi bina sakinləri adından Ağalar Cavadovun, Əsgər Hüseynovun və Habil Məmmədovun Gundemxeber.az saytına qarşı MŞ-na etdikləri şikayətə baxılarkən, komissiya üzvləri Gundemxeber.az saytının MŞ-nın tərtib etdiyi “qara siyahı”da olduğunu bildiriblər. Belə bir səbəb üzündən də, şikayətçilərə müvafiq orqanlara müraciət etmək tövsiyyə olunur. İndi bir anlığa olub keçənlərə diqqət yetirək. Belə ki, 14 yanvar 2016-cı il tarixdə Azərbaycan MŞ-ı tərəfindən redaksiyamıza verilmiş cavab məktubunda qeyd olunur: “Azərbaycan Mətbuat Şurası Sizin 13 yanvar 2016-cı il tarixli müraciətinizə cavab olaraq bildirir ki, MŞ-nin “qara siyahı”sında 90-a yaxın kütləvi informasiya vasitəsinin adı vardır. Lakin, həmin siyahıda direktoru olduğunuz “Gündəm xəbər”in adı yer almayıb”. Bu belə olduğu halda sual oluna bilər ki, görəsən Azərbaycan Mətbuat Şurasının komissiya üzvləri 03 oktyabr 2019-cu il tarixdə keçirdikləri iclası zamanı, Gundemxeber.az saytının “qara siyahıda olduğunu hansı fakta əsaslanaraq bildirirlər. Hətta, onlar vaxtilə erməni mövzusunda prezident İlham Əliyevin adından uydurma material hazırlayıb yaydıqlarına görə, ölkə rəhbərinin vermiş olduğu tapşırıq əsasında fəaliyyəti qapadılmış, bir müddət bundan öncə isə fəaliyyətini bərpa etməyə nail olan APA-da bu haqda məlumat ötürürlər. Düşünürük ki, belə bir yanaşma, bu cür çılğınlıq heç zaman MŞ-a başucalığı gətirə bilməz. Adı çəkilən qurumun belə bir fəaliyyəti, məhz bu gün də ortaya çoxsaylı şübhələrin çıxmasına səbəb olmaqdadır. Ona görə də qərara gəlmişik ki, Azərbaycan Mətbuat Şurasının belə bir addımları ilə bağlı ölkə rəhbəri cənab İlham Əliyevə açıq müraciətimizi ünvanlayaq və cənab Prezidentdən bu qurumun fəaliyyətinin “saf-çürük” olunması üçün, aidiyyəti üzrə tapşırıq verməsini də xahiş edək. Düşünürük ki, müəyyən maraqlar çərçivəsində fəaliyyətini davam etdirən Mətbuat Şurasının atdığı addımlar lazımınca araşdırılarsa, o halda hər kəsə çox şeylər, əsl həqiqətlər bəlli olacaq. Hər kəsin diqqətinə onu da çatdıraq ki, bugünə kimi Mətbuat Şurasının fəaliyyətində şahidi olmuşuq ki, qurumun Şikayətlər üzrə Komissiyasında təmsil olunanlar daim məmurların mövqeyinin müdafiəçisi qismində çıxış ediblər. Bu dəfəki yanaşmalarında isə fərqli mövqe ortaya qoymaları o deməkdir ki, deməli şura üzvləri aldıqları sifariş əsasında Gundemxeber.az saytına qarşı belə bir mövqe ortaya qoymağa məcbur olurlar. Daha çox şübhə doğuran hallardan biri də, şuranın Şikayətlər üzrə Komissiyasında 03 oktyabr 2019-cu il tarixdə keçirilmiş iclasın hansı gündə, saat neçədə keçirilməsi ilə bağlı, redaksiyamıza heç bir məlumatın verilməməsidir. Bütün bunlar da onu sübut edir ki, daha yüksək kürsüdə çalışan şəxsin Mətbuat Şurasına verdiyi tapşırıq, məhz adı çəkilən bu qurum üçün daha önəmlidir. Son olaraq onu da qeyd edək ki, bu məsələ ilə bağlı MŞ-ı özünün təkzibedici mövqeyini ortaya qoymazsa, o halda biz məhkəməyə müraciət etmək məcburiyyətində qalacağıq".
Gundemxeber.az