DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir-DÜNYA


Növbəti aksiya Almaniyanın Köln şəhərində yerləşən "Kölnische Rundschau“, “Kölner Stadt-Anzeiger“ və „Express“ media orqanlarının qarşısında baş tutub.

Bu barədə 7gun.org-a "Demokratik Azərbaycanı Seç" (DAS) təşkilatının üzvü, aksiyanın təşkilatçılarından biri Məcid Mehdili məlumat verib. O bildirib ki, “Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası davam edir. 17 sentyabr 2019-ci il tarixində Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının növbəti aksiyası Almaniyanın Köln şəhərində yerləşən " Kölnische Rundschau“ “Kölner Stadt-Anzeiger“ və „Express“ )" media orqanlarının qarşısında baş tutub. Məcidli Mehdi verdiyi məlumata görə, “Siyasi Məhbsulara Azadlıq” adlı həmrəylik aksiyasında məqsəd diqqəti Azərbaycandakı mövcud siyasi vəziyyətə diqqət çəkməkdir: “Azərbaycanda siyasi aktiv insanlara qarşı təqiblər və təhdidlər davam edir. M. Mehdilinin sözlərinə görə Azərbaycanda bu gün də siyasi aktiv insanlara qarşı təqib və təhdidlər davam edir. Hər ay bir neçə şəxs saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edilir və həbs edilir. Bundan başqa Siyasi siafrişlə həbs olunan insanlar cəzaçəkmə müəssələrində mənəvi, poxloji və fiziki işgəncəyə məruz qalırlar. Ölkədə korrupsiya, məmur özbaşınalığına edilən hər bir etiraz polis zorakılığı və həbslə nəticələnir. Biz Almaniyada siyasi mühacirlərin yaratdığı DAS (Wähle das Demokratische Aserbaidschan) təşkilatının aktivistləri olaraq, “Almaniyalı Jurnalistlərdən Siyasi Məhbuslara Dəstək” kampaniyasını aylardır davam etdiririk. Məqsədimiz Almaniya mediasını ölkəmizdəki mövcud duruma yönəltmək, Avropalı jurnalistlərin bu istiqamətdə bizə dəstək verməsinə nail olmaqdan ibarətdir.

Təbdirdə aksiyanin DAS üzvləri, Məleykə Xələfova, İntiqam Xudiyev, Məmməd Qarayev, Nadir Rzayev, Emil Quliyev, Emin Manfov, Azər Əliyev, Murad Həmidov, Orxan Həbibli, Aygün Xələfova, Zohrab Təmrazov, Emin Şirəliyev, Taleh Qasımzadə, Ramin Əhmədov, Aygün Məhərrəmova çixiş ediblər.

“Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası iyunun 28-də başladılıb. Bu məqsədlə ilk olaraq Almaniyanın Dortmund, Essen, Passau, Trier, Koblenz, Giessen şəhərlərində yerləşən, tirajlı alman media orqanlarının önündə aksiya keçirmişdilər.