Jurnalist Polad Aslanovun həbs müddəti uzadılıb


Bu gün Səbail Rayon Məhkəməsində xeberman.com saytın rəhbəri, jurnalist Polad Aslanovun həbs qətimkan müddətinin artırılması barədə Dövlət Təhlükəsizlik Xidmətin (DTX) müraciətinə baxılıb.

7gun.org xəbər ki, bu barədə Gülmirə Aslanova məlumat verərək Məhkəmə həyat yoldaşı Polad Aslanovun barəsində olan həbs qətimkan tədbirini 4 ay artırdığını bildirdi.

Xatırladaq ki, xeberman.com saytının redaktoru Polad Aslanov iyun ayının 12 iyun 2019-cu il tarixdə saxlanılıb. Ona qarşı AR CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Yerli və beynəlxalq təşkilatlar Aslanovun cinayət təqibini pisləyir, onun həbsinin əsl səbəbinin jurnalist fəaliyyəti olduğunu hesab edir.