AND qurultay keçirib


Bu gün, sentyabrın 21-də Frankfurtda "Azərbaycan Naminə Demokratiya" (AND) Hərəkatı növbəti qurultaya start verilib. 7gun.org xəbər verir ki, bu barədə Turana təşkilatdan məlumat verilib.

Qurultayda siyasi mühacirlər və Azərbaycan gələn qonaqlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı və NİDA Vətəndaş Hərəkatın üzvü İlkin Rüstəmzadə iştirak edirlər.

Qurultayda AND Hərəkatı xaricdə yaşayan hər bir azərbaycanlını ictimai fəaliyyətində aktiv olmağa çağırıb. "Hər bir dünya azərbaycanlısı ictimai fəallığıyla vətəndə hər cür çətinliklərə sinə gərərək insan hüquqları, demokratiya və azad seçkilər uğrunda mübarizə aparan həmvətənlərinə dəstək verə bilər".

AND Hərəkatı Milli Şuranın sentyabrın 28 - nə planlaşdırılan mitinqininə də dəstək ifadə etdi.