Almaniyada siyasi məhbuslarla bağlı aksiya keçirildi-FOTO
Bu gün 13 avqust 2019-ci il tarixində DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının fəalları Gissen şəhərində Almaninyanın 2 məhşur Media orqanin qarşısında (Giessener Allgemeine Zeitung və Gießener Anzeiger) “Siyasi Məhbsulara Azadlıq” adlı həmryəlik aksiyası keçiriblər. Bu barədə 7GUN-a mitinqin təşkilatçılarından biri Murad Əhmədov məlumat verib. Aksiya DAS təşkilatı tərəfindən təşkil olunub. Bu barədə məlumat verən mitinqin təşkilatçılarından biri, DAS üzvü Murad Əhmədovun sözlərinə görə, məqsəd Avropanın tanınan media orqanlarının, ictimaiyyətin diqqətini Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərə, xüsusilə həbsdə olan jurnalistlərə çəkməkdir.50 nəfərədək fəalın qatıldığı tədbirdə " Giessener Allgemeine Zeitung və Gießener Anzeiger " qəzetinin kollektivinə müraciət ünvanlanıb. “Siyasi məhbuslarsız Azərbaycan istəyirik” şüarı ilə çıxış edən aksiyaçılar müraciətlərini həm azərbaycanca, həm də almanca çatdırıblar.
Murad Əhmədov çıxışında deyib ki, Azərbaycanda insanlar sərbəst toplaşma azadlığından məhrum ediliblər, tənqidi fikirlərinə görə həbs olunurlar:
“Bu gün Azərbaycanda 110-dən çox siyasi məhbus var. Tənqidi və fərqli fikirə görə nə qədər insan həbs olunub. Bu insanlar hüquq-mühafizə orqanlarında və həbsxanalarda dəhşətli işgəncələrə məruz qalırlar. “Azərbaycanda siyasi aktiv insanlara qarşı təqib və təhdidlər davam edir. Hər ay bir neçə şəxs saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb olunur və həbs edilir. Bundan başqa, siyasi sifarişlə həbs olunan insanlar cəzaçəkmə müəssisələrində mənəvi, poxloji və fiziki işgəncəyə məruz qalırlar. Azərbaycanda avtoritar hakimiyyət demokratik islahatlar aparıb, vətəndaşların inamını əldə etmək əvəzinə insanları qorxu altında saxlayır və bu yolla korrupsiya, məmur özbaşınalığı, pis idarəetmə haqqında informasiyanın yayılmamasına nail olurlar. Bu gün qloballaşan dünyada, Avropanın ortasında kriminal bir hakimiyyətin olması demorkatik Avropa üçün təhlükədir”.