SMMM siyasi məhbus siyahısını yenilədi
Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) siyasi məhbus siyahısını yeniləyib. 7GÜN xəbər verir ki, ötən müddət ərzində adları siyasi məhbus siyasında olan 16 nəfər azadlığa çıxdığına görə adları siyasi məhbus siyahısından çıxarılıb. Həmin şəxslər bunlardır;Şirəliyev Telman Şirəli oğlu- Hicab məhbusu
Məmməd İbrahim Əziz oğlu- AXCP fəalı
İdrisov Mikayil Qərib oğlu- Səid Dadaşbəyli dəstəsinin üzvü
Möhbalıyev Emil Nurəddin oğlu- Səid Dadaşbəyli dəstəsinin üzvü
İlqar Məmmədov- REAL partiyasının sədri
Rzayev Elşad Fikrət oğlu- Dindar məhbus
Hüseynov Samir Xanpaşa oğlu- Evrovizion məhbusu
Nardaran sakinləri (noyabr- dekabr 2015- ci ildə həbs olunanlar)
Zəkiyev Zahid Faiq oğlu
Babayev Raci Abbasəli oğlu
Rüstəmov Əlizöhrab Əmirhüseyn oğlu
Bünyatov Rasim Sərvər oğlu
Quliyev Rahil Qulməmməd oğlu
Tağıyev Cavanşir Məlik oğlu
Şahbazov Atabala Şahbaz oğlu
Mirzəyev Həsən Məmməd oğlu
Eyni zamanda SMMM- in sentyabr ayında keçirilən iclasında siyasi məhbus kimi tanınan Rza Səfərsoy 11 fevral 2019- cu ildə məhkəmə qərarı ilə azadlığa çıxdığına görə adı siyahıdan çıxarılıb. Həbsində siyasi motivlər olan Musavat partiyasının 2 üzvü siyasi məhbus siyahısına əlavə edilib; Azad Həsənov və Əbülfəz Sadiqbəyli.
SMMM son zamanlar ictimai- siyasi fəalların oğurlanması, işgəncəyə və əsassız həbsə məruz qalmasını, səhhətində ciddi problemlər olan siyasi məhbusların müalicəsinə şərait yaradılmamasını pisləyib. Hakimiyyətdən həbsdə olan siyasi məhbusları qeyd- şərtsiz azadlığa buraxmağı tələb edib.
03 iyul 2018- ci ildə Gəncədə keçmiş icra başçısı Elmar Vəliyev və onun cangüdəni güllələndikdən sonra baş verən kütləvi həbslər (şərti olaraq “Gəncə işi”), Tərtər bölgəsində 2017- ci ilin may ayında bir qrup hərbiçinin müəmmalı şəkildə öldürülməsi və günahsız həbs edildiyi ehtimal olunan şəxslərin işlərinin araşdırılması (şərti olaraq “Tərtər işi”) qərara alınıb.
Aygün Mustafayeva