Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır


Dünya üzrə həbsxanalarda 250-dən çox jurnalist saxlanılır. Bu, tənqidi xəbər işinə avtoritar yanaşmanın heç də müvəqqəti olmadığını göstərir. Bu barədə Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (JMK) hesabatında deyilir.

Keçən il Çin, Misir və Səudiyyə Ərəbistanında daha çox jurnalisti həbsə alınıb. Türkiyə isə ən çox jurnalistin həbs edildiyi ölkə olaraq qalır. Mühakimə olunmuş jurnalistlərin yarısı Türkiyə, Çin və Misirin payına düşür.

Vyetnam və Azərbaycanda da həbsdə olan jurnalistlərin sayı ikirəqəmlidir, müvafiq olaraq 11 və 10. Eyni zamanda son 20 ildə ilk dəfə oaraq Özbəkistanda həbsdə jurnalist yoxdur.

Azərbaycan hakimiyyəti vətəndaşların siyasi motivlərlə həbs olunduğunu inkar edir, hesabatda deyilir.