“Cin çıxarma” faciə ilə nəticələnib


Şənbə günü Bakı sakini Murad Sultanovun cəsədi Şabran rayonunda (Bakıdan 120 km. aralı) kirayədə qaldığı evdə aşkar edilib. Cəsədin üzərində xəsarət izləri olub. Məlum olub ki, bədənindən "cin çıraxarkən" taxta ilə vurulub.

7gun.org bildirir ki, Şabran prokurorluğundan Turan-a bildiriblər ki, bir qrup şəxs ruhi xəstə M.Sultanova içindəki cini çıxarmaq üçün taxta ilə bədən xəsarəti yetiriblər. O, aldığı zədələrdən ölüb.

Fakt üzrə 6 nəfər saxlanılıb. Şabran Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İstintaq gedir.