Azərbaycan "ağıllı robot" yaratdı -Robot müxtəlif suallara cavab verə bilir


Uzun illərdir dünyanın müxtəlif ölkələrində robotların insanların gündəlik həyatını necə sadələşdirdiyini görmüşük. Nəhayət ki, Azərbaycan da robot texnologiyasının rahatlığından istifadə edəcək.

7gun.org Trend-ə istinadən xəbər verir ki, iki ay ərzində BNB Dynamics "ağıllı robot" yaradıb. Yerli robotun adı "Bibot"dur.

Bir neçə dildə proqramlaşdırılan "Bibot" müxtəlif suallara cavab verə bilir. "Bibot"un əsas funksiyaları içərisində turistlərə və yerli əhaliyə xidmət dayanır. Robot lazım olduqda təcili yardım, yanğınsöndürən və polis çağırmağa da proqramlaşdırılıb. "Bibot" hər hansı bir AVM-də istifadə edilə bilər.

Gələcəkdə bu robotların sürətli prototiplərini inkişafı düşünülür. Onlar müxtəlif sənaye aspektlərində insanları əvəz edə biləcək.

Qeyd edək ki, BNB Dynamics şirkəti 2018-ci ildə Bakıda yaradılıb. Şirkətin əsas istiqaməti robot texnologiyası, sənaye dizaynı, proqram təminatı, süni intellektin hazırlanmasıdır.

Hazırda şirkət tam robot-humanoid surəti yaratmaq üçün layihə üzərində işləyir.