Ermənistandan sığınacaq istəyən Azərbaycan vətəndaşı


Avqustun 26-da Azərbaycan vətəndaşı, Abşeron rayonu Corat qəsəbə sakini 50 yaşlı Gülnarə Tanrıverdiyeva Ermənistan hökumətinə sığınacaq verilməsi xahişi ilə müraciət edib.

İlk olaraq Tanrıverdiyeva avtobusla İrana gedib, oradan isə Yerevana keçib və Azərbaycanda hüquqlarının pozulduğu barədə bəyanat verib.

Bütün bunlar barədə Yerevanın news.1tv.am internet telekanalı məlumat yayıb. Tanrıverdiyeva Yerevanda bu internet resursuna müsahibə verib.

O, müxbirin suallarını cavablandırarkən Azərbaycan dilində deyib ki, Azərbaycanda prezidentdə başlayaraq, dövlət instansiyalarına və məmurlara ağır və çıxılmaz vəziyyətdə olduğunu bildirərək, şikayətlə müraciət edib. Amma onun müraciətlərinə heç kim cavab verməyib, bundan sonra o, Ermənistandan sığınacaq istəməyə qərar verib.

"Qoy bütün ölkə başıma gələnləri bilsin", deyə o bildirib.

Azərbaycan KİV-ləri və dövlət təşkilatları Tanrıverdiyevanın Ermənistana qaçması haqqında məlumat vermir. Azərbaycan KİV-lərində Tanrıverdiyevanın ağır vəziyyəti haqqında məlumat da olmayıb.

Tanrıverdiyevanın erməni televiziyasına müsahibəsinə burada baxa bilərsiniz: