Məhkəmə deputatlığa namizədin şikayətini təmin etmədi


Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının sədr müavini Mustafa Hacıbəylinin növbədənkənar parlament seçkiləri zamanı pozuntulara dair şikayətini təmin etməyib.

7GÜN XƏBƏR Turan-a istinasdən xəbər verir ki, şikayət Hacıbəylinin namizəd olduğu 8 saylı Binəqədi birinci seçki dairəsində yol verilmiş pozuntularla bağlı olub.

“Mərkəzi Seçki Komissiyası bu dairədəki seçki məntəqələrinin heç birində pozuntunu etiraf etməyib.

Şikayət ərizəsi  11 səhifə, aktlar  21 səhifə, Mərkəzi Seçki Komissiyası və  Dairə Seçki Komissiyasının qərarları 16 səhifə, üstəgəl DVD diskdə təqdim etdiyim videolar.

Şikayət təqdim olunduqdan  3 saat sonra Bakı Apellyasiya Məhkəməsi rədd cavabı verdi. Şikayəti nəinki araşdırmaq, hətta onunla diqqətlə tanış olmaq üçün 3 saat bəs etməzdi. Deməli, nəinki araşdırmaq, heç oxumadan rədd cavabı verdilər”, - Hacıbəyli deyib.

Bu gün o, Ali Məhkəməyə kassasiya şikayəti verib.

Sözügedən dairədə sonuncu çağırış deputat Azay Quliyev liderlik edir.