Rektor öz üçün bahalı maşın alıb?
Gəncə Dövlət Universiteti yeni tender elan edib. 7GÜN XƏBƏR Tribunainfo.az-a istinadən xəbər verir ki, universitet xidməti nəqliyyat vasitəsinin satınalınması ilə bağlı satınalma müqaviləsi imzalayıb.
Həmin müqavilə “LEXUS-BAKI” MMC ilə bağlanılıb və dəyəri 117.300 manatdır. Rəsmi qaynaqlarda avtomobilin istehsal ili 2024-cü il göstərilir. Onun mühərrikinin gücü isə 2450-2550 kub sm və hibrid olması qeyd edilir.
Tribunainfo.az-ın universitetdəki mənbələrdən aldığı məlumatlarda deyilir ki, bu tender heç də zərurətdən irəli gələn addım olmayıb. Əksinə, GDU-nun rektoru Yusif Yusifzadənin yeni avtomobil minmək həvəsindən doğub. Yaşlı rektor hazırda idarə etdiyi avtomobili də elə “Lexus”dur, lakin ili 2022-ci ilə addir. Görünür, cənab rektor daha təzə maşın minmək həvəsindədir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.