Gəncə Dövlət Universitetində nə baş verir?


Son illər ərzində Gəncə Dövlət Universiteti haqqında mətbuatda çox sayda tənqidi və həyəcan təbili xarakterli məlumatlar dərc olunur, müxtəlif təşkilatlara şikayətlər olunur. Ancaq təəssüf və təəccüb hissi ilə qeyd edirik ki, bu məlumatlara nədənsə ciddi diqqət ayrılmır. Çünki rektor Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində aparat rəhbəri işlədiyindən bütün bu məlumatlar ört-basdır edilir. Gəncə Dövlət Universiteti həcmi 100 minlərlə ölçülən korrupsiya bataqlığına bənzəyir. GDU rektoru öz yaxın ətrafı ilə birgə əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək maliyyə və inzibati maxinasiyalara qorxmadan imza atırlar”.

Bu barədə Tribunainfo.az-a Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından İqtisadiyyat fakültəsinin müəllimi Azadə Vəliyeva yazdığı şikayət məktubunda bildirib. A.Vəliyeva bildirib ki, ali məktəblər arasında ən aşağı maaş Gəncə Dövlət Universitetindədir”
“Universitetdə maaşları qaldırmağa pul tapmayan rektor xidməti maşın almaqda davam edir. GDU-da 8 xidməti maşın var. Rektorun köməkçisinə, 4 prorektora, rektorun müşavirinə, magistr təhsili olmayan, universitetin nəzdində yaradılmış İdman klubunun sədrinə belə xidməti maşın və sürücü ayırıblar. Rektorun özünün xidməti maşını olduğu halda (20 AA 082), bu günlərdə son model cip tipli 20 AA 530 nömrəli daha bir bahalı xidməti maşın aldı. Gəncədən qırağa gedəndə bunu özü sürür, maraqlıdır 70-dən çox yaşı var, amma rektor Yusif Yusibov boynuna və qollarına qızıl sep taxır.
Universitetdə təhsil və elmlə bağlı layihələrə ayrılan vəsait İnnovasiya Departamentinin rəhbəri Vasif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, Keyfiyyətin Təminatı Mərkəzinin müdiri təyin olunmuş Elmar Vəliyevin yaxın qohumu, vaxtı ilə GDU-dan Elmar Vəliyevə donos ötürən İsmayıl İsmayılov və digərləri tərəfindən açıq-aşkar qəddarlıqla mənimsənilir. Bu şəxslərin “işbirliyi” nəticəsində təhsil və elmin tərəqqisinə istiqamətlənmiş proqramlardan, çoxsaylı təhsil layihələrindən də yalnız həmin adamlar və onlara yaxın olan bir neçə şəxslər faydalanır.
Təhsil və elmin inkişafına ayrılan çoxsaylı vəsaitlərdən universitet əməkdaşları qəti şəkildə yararlana bilmirlər. Ölkə xaricinə elmi ezamiyyələrə, nüfuzlu elmi layihələrə, toplantılara adları qeyd edilən şəxslərin özləri, yaxud yaxın ətrafı gedir, ayrılan pullar da məhz onlar tərəfindən sağa-sola xərclənir”.
Şikayətçi bildirib ki, universitetin bütün ağırlığını çiyinlərində daşıyan professor-müəllim heyəti 350-700 manat arasında maaş alır. Amma rektorun yaxın ətrafının, eləcə də heç bir elmi dərəcəsi olmayan əl-altılarının maaşı 2500 manat civarındadır:
“Asif-Vasif Həsənov qardaşları bütün nəsillikcə bacı, qardaş, xala, həyat yoldaşları GDU-da işləyir, bunlar erməni əsillidir, tez-tez layihə adı altında xarici ölkələrə, Fransaya gedir, erməni dayıları ilə görüşür. Görəsən rektor Yusif Yusibovda bu erməni sevgisi haradandır??? Vasif Həsənovun hansı elmi nailiyyəti var ki, xarici ölkələrdə bizi təmsil edir? Dəfələrlə Fransada onun erməni qohumları ilə görüşdüyü bütün universitet əməkdaşlarına məlumdur. Ötən illərdə GDU-da keçirilən beynəlxalq konfransda bu qardaşların konfransa gətirdiyi milliyyətcə erməni olan Fransalı qonaqlar da iştirak edirdi. ”İmperial” şadlıq sarayında keçirilən ziyafətdə zala türk iştirakçıların şərəfinə Türkiyənin bayraqları gətirildi və bu zaman həmin erməni əsilli qonaqlar etiraz əlaməti olaraq məclisi tərk etdilər. Təsəvvür edin ki, professorun maaşı 1000 manatı keçmədiyi halda, heç bir elmi dərəcəsi olmayan Vasif Həsənova 2000 manatdan artıq maaş verilir. Erməni əsilli bu qardaşlar bir neçə il bundan qabaq Məmməd Əmin Rəsulzadəni söyən deputat Naqif Həmzəyevin qayınlarıdır”.

Dekan seçkiləri haqqında təlimata görə eyni bir şəxs eyni təhsil müəssisində iki dəfədən artıq dekan seçilə bilməz. Lakin rektor 30000 manat qarşılığında İsfəndiyar Alverdiyevi və Əjdər Əsgərovu 3-cü dəfə qeyri qanuni olaraq dekan seçib. Məsim Abadov adlı şəxs isə İqtisadiyyat və idarəetmə fakültəsinə dekan seçilib, bu şəxs bilogiya elmləri namizədidir, qida məhsullarının texnologiyası üzrə mütəxəssisdir, iqtisadiyyatla bağlılığı yoxdur. Dekan seçilməsinə səbəb 30000 manat rüşvət verməsi və 20 faizlə işləməyə razılıq verməsidir.
Gəncə Dövlət Universiteti təhsil müəssisəsi kimi deyil, Yusif Yusibovun kommersiya strukturu kimi fəaliyyət göstərir. Universitetdə nə konstitusiya, nə də təhsil qanunu işləyir. 2014-cü ildən universitetin möhürünü oğurlayıb, sabiq rektoru universitetə buraxmayan və qeyri-qanuni yolla rektor keçən Yusif Yusibovun fəaliyyəti nəticəsində böyük tarixi keçmişi olan universitet texniki peşə məktəbi səviyyəsinə düşmüşdür. Yusif Yusibov rektor təyin olunanda kollektiv sevindi ki, qardaşı vasitəsilə Universitetin inkişaf etdirilməsinə çalışacaq, ancaq əfsuslar olsun ki, bu qardaşlar universitetin büdcəsini talan etdilər. Şəhərdə saysız-hesabsız obyektləri, mənzilləri bəs etmir, indi də Avtozavod qəsəbəsində özünə dəbdəbəli villa tikdirir”.
Şikayətçi olan müəllim kollektivinin tələbi aşağıdakılardır:

“Universitet əməkdaşlarının əmək haqqı artırılsın, tədrisin keyfiyyəti qaldırılsın, tələbə və müəllimlər üçün lazımi şəraitlər yaradılsın, başqa universitetlərdə olduğu kimi 600-dən yuxarı bal toplayan tələbələrə əlavə təqaüdlər verilsin, tələbələrin yeni dərs vəsaitləri ilə təmin olunması üçün əlavə vəsait ayrılsın və lazımi dərsliklər alınsın, universitetin büdcəsinin lazımsız yerlərə xərclənməsinə, layihə adı altında talan edilməsinə son qoyulsun”.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

7GÜN TV