Ekspert: "İstənilən halda od olmadan tüstü çıxmaz"


“Gəncə Dövlət Universiteti ilə bağlı edilən şikayətlər araşdırılmalıdır”

7GÜN TV xəbər verir ki, bunu TİA.Az-a açıqlamasında sözügedən universitetlə bağlı şikayətlərə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov deyib. Onun sözlərinə sözlərinə görə, problemlər araşdırılmadıqca ictimai rəydə qeyri-müəyyən fikir yaranır:

“Zaman-zaman Gəncə Dövlət Universiteti ilə bağlı şikayətləri mətbuatda görürük. Şikayətlərin hər birinin nə dərəcədə əsaslı olması ilə bağlı araşdırma olmadan konkret bir fikir demək olmaz. Çünki həmin şikayətlər müxtəlif səpkilidir. İstənilən halda od olmadan tüstü çıxmaz.

O şikayətlərlə məşğul olunmalıdır. Hələ mən orda baş verənlərlə bağlı rəsmi orqanlar tərəfindən hansısa şikayətin araşdırılmasını yaxud da deyilənlərin həqiqətə uyğun olub-olmaması haqqında hər hansı bir məlumata rast gəlməmişəm. Belə olan halda ictimai fikirdə qeyri-müəyyən rəy yaranır. Əgər bir şikayət təkrar-təkrar olunursa, onu araşdırmaq lazımdır. Kadrlarla, rüşvətlə bağlı şikayətlər varsa, bu məsələyə əlaqədar qurumlar cavab verməlidir. Belə olmadıqca ictimaiyyətdə faktın həqiqi olması ilə bağlı rəy yaranır. Mən uzun illik təhsil təcrübəmə əsasən deyə bilərəm ki, bizim əllidən artıq universitetimizin içərisində ən çox şikayət olunan Gəncə Dövlət universitetidir. Əgər bir məsələ təkrar-təkrar gündəmə gətirilirsə, əlaqədar qurumlar reaksiya verməlidir”.
Ekspert: "İstənilən halda od olmadan tüstü çıxmaz"