Rektor “bazarkom” rolunda


Azərbaycan Kooperasiya Universitetində “bazar” qanunları bu gün də davam edir.

7GÜN XƏBƏR-in məlumatına görə, bu barədə Dosye saytına məlumat verən mənbə bildirir ki, baş verən qanunsuzluqlar, “smestr bazarlığı” və digər nöqsanlar ümumiyyətlə rəhbərliyi narahat etmir. Elm ocağını gəlir mənbəyinə çevrirən bir qurup şəxs, gələcəyimiz olan tələbələrə heç də düz istiqamət göstərmir.

Universitetin rektoru Millət vəkili Eldar Quliyev və onun “qara kassası” Qara müəllim haqqında kifayət qədər tənqidi məqalə dərc edilib. Ən böyük problem isə ondadır ki, tənqid olunan rektor və ətrafı nəticə çıxartmaq əvəzinə öz rüşvətxor əməllərini daha da genişləndirir. Məlumat üçün bildirək ki, sözügedən universitet ölkə də ən böyük narazılıq yaradan ali təhsil ocağıdır. Bu barədə sosial şəbəkə və xəbər saytlarında yayımlanan şikayətlər bir daha sübüt edir ki, fakt öz təsdiqini tapıb. Bir sözlə, rektorun müşaviri Qara müəllim tələbələrə sanki qənim kəsilib.

Azərbaycan Kooperasiya Universitetinin nəzdində fəaliyyət göstərən Kooperasiya Kollecinə rektorun qardaşı qızı Fatimə Quliyeva rəhbərlik edir. Müəllim kollektivini və tələbələrə hörmət etməyən, ümumiyyətlə onları adam yerinə qoymayan xanım direktor Kolleci “gestapo” rejimi ilə idarə edir. Təbii ki, əmisinə güvənən F. Quliyeva məhz belə də olmalı idi.

Rektor Eldar Quliyevin öz qızı Aygün Quliyeva isə universitetdə Beynəlxalq əlaqələr və Təlim Tərbiyə işləri üzrə prorektor vəzifəsini daşıyır. Görünən tərəf odur ki, rektor ailə üzüvlərindən bazar adlı universitet təsis edib.

Azərbaycan Kooperasiya Universiteti, onun nəzdində fəaliyyət göstərən Kooperasiya Kollecində ciddi yolxlamaların aparılmasını, müəllim və tələbələrə qarşı edilən haqsızlıqlara son quyulması istiqamətində işlər görüləcək. Əlbətdə ki, bu barədə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət olunacaq.

P.S. Hörmətli oxuculardan xahiş olunur ki, əgər adı hallanan universitetlə bağlı kimin şikayəti varsa saytımızın elektron ünvanına yönləndirsin.