Rektor: "Respublikada müəyyən məsələrə biz nəzarət edirik"
Gəncə Dövlət Universitetində özbaşınalıqlar bitmək bilmir. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov deyir ki, respublikada müəyyən məsələlərə biz nəzarət edirik, müəyyən məsələlər bizim nəzarətimizdədir. Kim nə yazır yazsın, heç bir narahatlıq yoxdur.Bu sözləri öz qardaşı Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusibova görə belə deyir. Bu gün GDU-da qarşıdan gələn imtahan sessiyası ilə bağlı iclas keçirildi. İmtahanlar üçün fənn proqramı və keçilən dərslər əsas götürülməlidir.
Rektorun göstərişi ilə imtahan biletləri hazırlanıb. Bu biletlərə isə cəmi 80 sual salınıb. Bu sualların cavabları əslində həm kitablarda, həm də müəllimlərin tələbələrə yazdırdıqları mühazirə mətnlərində var. Tələbələr buradan öyrənib cavabları imtahan zamanı özü yazmalıdır. Amma rektor müəllimləri məcbur edir ki, müəllimlər hər bir biletə düşən sualların cavablarını yazıb, rəhbərliyə təhvil versin.
Maraqlıdır, biletə düşən sualların cavabı yalnız imtahanda bilet çəkiləndən sonra tələbə tərəfindən yazılmalıdır. Müəllimlər bu sualların cavabını imtahan hələ olmamış niyə yazıb hazırlamalıdır ki?
Səbəb odur ki, Yusif Yusibov kimlərin pulunu alırsa, biletlərin cavabını hazır şəkildə tələbəyə verir ki, qoy köçürsün. Pulunu əvvəlcədən verən belə tələbələr üçün xüsusi otaqlar da təşkil olunur, yəni pul verən tələbələr xüsusi otaqlara salınır, orada hamı biletlərin cavablarını köçürür. Bir imtahanın qiyməti 100 manatdır. Fənn üçün ədəbiyyatlar, proqramlar var, həm də mühazirə mətnləri də var. Hansı qanunda yazılıb ki, biletlərin cavabını əvvəlcədən müəllim hazırlayıb rəhbərliyə verməlidir?
7GÜN XƏBƏR-in məlumatına görə, Kafedra müdirləri və dekanların hüquqları əlindən alınıb. Normal bir savadı, qabiliyyəti və elmi dərəcəsi olmayan, rəhbərlikdə kimlərinsə saxladığı, onların məşuqəsi olan qızlar dekanların fəaliyyətini yoxlayır. Rektor isə iclasda deyir: "O dekan, ölüb yerə girsin ki, Seva gəlib onun səhvini tutur".
Rektor Yusif Yusibov Seva dedikdə Tədris şöbəsində işləyən Sevinc Quliyevanı nəzərdə tutur.
Fevral ayının 16-dan mayın sonunadək orta məktəblərdə universitet tələbələri pedaqoji təcrübə keçməlidir. Amma bir tələbədən 400-500 manat pul alıb onları buraxdılar, heç kim təcrübəyə gəlmədi. Təhsil Naziri Emin Əmrullayev Gəncəyə gələndə təcili olaraq tələbələri çağırıb süni görüntü yaratdılar ki, guya hər şey qaydasındadır. İndi rektor deyir ki, pedaqoji təcrübənin hesabat müdafiəsi lazım deyil, hamıya qiymət yazaq, çünki, pulu alınıb.
Rektor iclasda deyir ki, tələbələr hara yazmaq lazımdı, yaxşı bilirlər, şikayət edəcəklər. Maraqlıdır, kim rektorun qəbuluna müraciət üçün gəlirsə, köməkçisi Elsevər Nağıyevın rektorun nazirliklə danışdığını, bərk məşğul olduğunu və ya prorektor Şahin Xurşudova bərk əsəbləşdiyini əsas gətirib qəbula buraxmır.
Şahin Xurşudovun isə Gəncədəki obyektlərinin sayı onlarladır.
Hazırda Gəncənin Cavadxan küçəsindəki tarixi əhəmiyyətl mənzilini 220 min manata satışa çıxarıb. Səbəb borclu olduğu şəxslərin borcunu qaytarmaq məsələsidir.
AyTac