Masallıda peyda olan “fövqəladə hüquqşünas, xeyriyyəçi, işbilən, jurnalist, dövlət xadimi” Rauf Mursəl


İnsana, kişiyə yaraşmayan əməlləri ilə tanınan Rauf Cəbiyev (Mursəl) barədə növbəti araşdırma, tanıtım məlumatımızı təqdim edirik.

Əvvəlcə bu yazımızda tanış olacağınız məlumatlar barədə kiçik anons verək:

Rauf kimdir? – YAP sədiri, Ağsaqqallar şurasının üzvü, İctimai-siyasi xadim, jurnalist, hüquqşünast, xeyriyyəçi, taksi sürücüsü, tamada yoxsa “Maşennik”
Raufun “fəaliyyət”indən kimlər yararlanır.

Ən sərt təhqirləri, söyüşləri uda bilmə qabiliyyəti onda haradandır?
Harada bir ulaq varsa, Rauf ona palandır.


Dünənə kimi Bakının küçələrində sülənən, onun-bunun yükünü, arvad-uşağını məktəbə, bağçaya daşıyan R. Cəbiyev 2020-ci ilin parlament seçkilərindən sonra deputat mandatı qazanan Anar İsgəndərovun qanadı altında “köməkçi”, “jurnalist”, “mətbuat katibi” və s. adlar altında Masallıda “zühur edir”. Feyzbuk sosial şəbəkəsində “Masallı xəbərləri MİP” (bu adı 1993-2003-ci illərdə jurnalist Zahir Əmənov tərəfindən Masallıda buraxılan “Masallı xəbərləri” qəzeti ilə qarışdırmayın) adlı profil yaradaraq “fəaliyyətə” başlayır. Bu profilin işi-gücü vəzifəli şəxslərə yarınmaq, aşağılara “xox” gəlib, yuxarıları tərifləmək, şəhid valideynləri, tanınmış adamlarala yanaşı dayanaraq fotoşəkillər çəkdirib paylaşmaq, özündə olmayan keyfiyyətlərlə özünü tərənnüm etməkdən başqa bir şey deyil. Məlumat üçün bir mühüm məqamı da diqqətə çatdıraq ki, “hüquqşünas” (araşdırılsa, bəlli olar ki, bu adam ömrü boyu heç 45 dəqiqəlik auditoriya üzü də görməyib) birdən-birə dönüb “jurnalist” olub, vaxtı ilə millət vəkili Anar İsgəndərovun, indi isə YAP Masallı rayon Təşkilatı sədri Seyfəddin Əliyevin, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ababs Abbaszadənin, eləcə də İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevin sağ əlinə çevrilib.

Hətta bir ara, əvvəlki ağaları Şahin Məmmədovun və Məmmədhüseyn Hüseynovun sifarişi ilə RİH başçısının müavini Adəm Məhərrəmovdan tənqidi yazı da yazıb.


Çevik manevrlər ustası

Bu gün Masallıda hara baxırsan, oradan Rauf Cəbiyev çıxır - gah müxbir olur, gah hər rəsmi tədbirdə zor-xoş söz alıb çıxışlar edir, gah xüsusi təbliğat qrupu yaradır və sairə. Hələ bu harasıdır! Gah bir zamanlar rayonun təsərrüfat həyatında xidmətləri olmuş rəhmətlik atasını çıxışlarında dilə gətirir, gah tanınmış bəzi YAP funksionerlərinin qoltuğuna girir, gah qələm sahiblərinin qılığına girərək onlarla birlikdə fotoşəkilllər çəkdirir, paylaşır və adını da
qoyur: “mən jurnalistikanın sirlərini sizdən öyrənirəm”. Bir sözlə, harada bir
ulağ varsa, Rauf ona palandır.

Vəzifələrinə diqqət yetirək:

- Millət vəkili Anar İsgəndərovun köməkçisi (halbuki, A.İsgəndərovun köməkçisi və səlahiyyətli nümayəndəsi faktiki olaraq, o, deputat olandan bu günə kimi Valeh Mikayılovdur).
- Kolatan kənd Ağsaqqallar Şurasının sədri (müvafiq qanunlara görə 50 yaşdan aşağı yaşı olan şəxs Ağasaqqallar Şurasının heç üzvü də ola bilməz, nəinki sədri. İkincisi, əsasnaməyə görə Ağsaqqallar Şurasının yerlərdə özəyi ola bilməz. Buna görə də Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin kəskin təpkisi nəticəsində həmin qərar sonradan ləğv edilib). Onu da həmin vəzifəyə kim seçsə yaxşıdır? Ə. Niftiyev əməliyyat olunan ərəfədə onun müavini, rayon İctimai Nəzarət Şurasının sədri Əyyub Mehtiyev.

- Yap Masallı Rayon Təşkilatının Kolatan ərazisi üzrə ilk təşkilatının sədri.
Sual doğur: Ay Seyfəddin müəllim (YAP sədri), ömrü dələduzluqla və fırıldaqçılıqla keçən bu şəxsə hansı keyfiyyətlərinə görə belə cani-dildən himayədarlıq edirsən, belələrini təltif edirsən? Bu məqamda Məşədi İbadın məşhur kəlamları adamın yada düşür: “Əşşi, bu gəlini gətirəndə bir baxmazlar ki, aya, bu kişidir, ya arvad!...”. Görün, o binada demokratiya necə fontan vurubsa, YAP-ın Kolatan dayaq məntəqəsinin sədri Rauf Cəbiyev RİH-nin başçısının müavini Adəm Məhhərrəmovu tənqid edir, əliəyrilikdə, rüşvətxorluqda ittiham edir.

- Böyük Kolatan kənd Xeyriyyə Cəmiyyətinin rəsmisi. Rauf Cəbiyev kənddə xeyriyyə işləri görmək adıyla Rusiyadakı iş adamlarından çoxlu pul toplamağa başladı. Sonda bəlli
oldu ki, ortada 5 min manat pul çatmır. Aydınlaşdı ki, bu 5 min manat pul Rauf
Cəbiyevin zavalına gəlib. Sonda deyəsən Rauf, qardaşlarının şərikli maşınını satıb, o pul məsələsini bağlayıb.

Görəsən, illərdir işsiz-güzcüs gəzən Rauf Cəbiyev nə ilə dolanır?

Bakı şəhərində xüsusi internat məktəbində oxuyan 2 övladı üçün özünün FB-dəki statusunda yazdığı kimi 13 min manat pulu dövlət hesabına hansı xidmətlərinə görə kimlər ödəyiblər?

Ümumiyyətlə, bu adamın işi-peşəsinin adı nədir, hər gün bu kənddən o kəndə, rayon mərkəzinə hansı vəsaitlə gedib-gəlir?

Amma başqa bir maliyyə mənbəyi də ona “trolluq” işində göstərdiyi qeyri-adi “fərasətinə” görə RİH və YAP rayon Təşkilatının tapşırığı ilə verilir. Daha doğrusu, bir sıra idarə-təşkilat rəhbərlərinə, iş adamlarına “xüsusi tapşırıq” verilib ki, hər ayda bu şəxsə “əvəzedilməz xidmətlərinə görə” pul veilsin.

48 yaşlı “hüquqşünas” bu vaxta qədər görəsən kimin hüququnu qoruyub?

Masallıda bu qədər haqsızlıqlar olur:
- 1-ci qrup əlil şəhərin mərkəzində 2 dəfə döyülür, sabiq icra başçısı söyüş
söyür, qarğış edir, jurnalisti şərləyir, bəzi xoşagəlməz əməllər edir. Özündən
razı, heç kəsdən qorxmayan Raufun səsi bəs niyə çıxmır?

- Şəhidlərin baş daşına qədər pul yeyilir. Bəs Rauf haradadır?

- Niyə Kolatan kəndinin ziyalısı, riyaziyyatçı Urşan Tağıyevin yubileyində
Rauf görünmədi, heç bu barədə xəbər də paylaşmadı? Amma ucqar bir
kənddə, yola bir maşın çınqıl töküləndə o, öndə olur? Və ya xəbərdən çox öz
şəklini paylaşır. Hər tədbirdə yeri gəldi-gəlmədi söz alıb çıxış edir, özünü gözə
soxur, tədbirlərdə lap ön cərgədə özükimilərlə yan-yana əyləşir. Adama
deyərlər: ay qotur, kimsən sən?

- Bu və digər qonşu kəndin balıqçılıq gölləri adı ilə hektarlarla torpaqlar zəbt
edilir, onlarla adama həmin kəndlərdə pandemiya dövründə saxta arayışlar
verilir. Amma bu adamın səsi çıxmır.

Kim Şahin Məmmədovu tənqid etsə, qarşısında məni görəəcək deyən Rauif bu gün onu niyə müdafiə etmir?
- Məgər keçmiş icra başçısı Şahin Məmmədovu gülünc təriflərlə tərənnüm
edən o deyildi? Bəs niyə indi onun haqqında heç nə yazmır? Əksinə indi də Ş.Məmmədovu rüşvətxorluqda ittiham edir, hazırkı icra başçısı Araz Əhmədovu
vəsf edir.

Bu adam özündən başqa Masallıda jurnalist, yazar, rəhbər tanımır,
hamıya “xox” gəlir. Və orada-burada (xüsusilə, Kolatanda) deyir ki, mən dövlət içərisində dövlətəm, rayon rəhbərliyi hər şeyi mənimlə məsləhətləşir, götür-qoy
edir, hesablaşır. (!)

Onun açıq-aşkar dələduzluq fəaliyyətinə daha bir misal. Rayonda səfərbərlik
xidməti ilə əlbir olub, çağırış yaşlı uşaqları ordudan yayındırır, dəllallıq,
vasitəçilik edərək pul qazanır. Bu işi o yaxşı bacarır. Axı bir vaxtlar özü də hərbi xidmətdən yayınmağı bacarmışdı. Türkiyədə baş verən zəlzələ ilə əlaqədar olaraq Masallı rayonunda yardımların təşkili ilə bağlı mühüm dövlət əhəmiyyətli kompaniyaya rəhbərlik etməyi belə bir dələduza, əliəyriyə kim tapşırmışdı və niyə?

Əgər dövlətdə heç bir vəzifə daşımayan bir fırıldaqçı sosial şəbəkələrdə,
orda-burda çıxışlar edərək Kolatanda və rayonda görülən quruculuq, xeyriyyə
işlərini öz adına yazırsa, bəs onda sual ortaya çıxır: ərazi nümayəndəsi, rayon
rəhbərliyi nə işlə məşğuldur?!

Bu “əldəqayırma cırnalist” sosial şəbəkələrdə statuslar paylaşır, trolluq
edərək ictimaiyyəti çaşdırmaq üçün yalançı şərhlər yazır. Ara tozanaq olan
kimi, arvad-uşağını söydürəndən sonra həmin materialı dərhal silir. Özünü
jurnalist adlandıran bir şəxsin bu cür əməli, ifraz etdiyi nəcisi yalamağa bərabər deyilmi?!

İkili vətəndaşlığı olmasına baxmayaraq, o, fərarlilk edərək nə Azərbaycan,
nə Rusiya ordusunda xidmət etməyib, guya xəstədir, gözləri görmür. Amma
Masallıda onun-bunun verdiyi yardımların kölgəsində daldalanaraq məqsədli şəkildə şəhid ailələrinin qılığına girir. Onların yanında özü barədə xeyirxah adam imicini yaratmaqda uzaqgörən məqsədlərə xidmət edir: gələcəkdə özünə
qarşı hər hansı bir təhlükə yaranarsa, şəhid ailələrini ayağa qaldırsın. Bunu kim edir - fərari Rauf Cəbiyev (oxucuların yadında olar, Şahin Məmmədovu Masallıdan təntənəli şəkildə yola salanda belə bir “priyom”dan istifadə edildi).
Şəhidlik əgər Rauf üçün belə müqəddəs və uca dəyərə malikdirsə, 2020-ci ildə
Prezidentin çağırışına qoşularaq bəs niyə gedib Qarabağda könüllü vuruşmadı və ya şəhid olmadı?! Amma indi “harada aş, Rauf orada baş”. Həyasızlığın dərəcəsinə fikir verin: bu adam şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə, ağır xəstələrə dövlət qurumlarının, ayrı-ayrı xeyriyyəçilərin göstərdikləri yardımların kölgəsində daldalanaraq Facebook profilində görün nə yazır: xalq müdrikdir, ağı-qaradan, yaxşını pisdən yaxşı seçir. Mən özümü
xoşbəxt hesab edirəm ki, Masallı əhalisinə göstərdiyim xidmətlərin əvəzində camaat məni sevir. (!) Əcəba, görəsən, xalqın yolunda öz şəxsi vəsaitindən bəlkə bir qəpik vəsait xərcləyib! Görün necə hiyləgərcəsinə bir tərəfdən Masallı əhlinin boynuna minnət qoyur, onları özünə borclu çıxarır, digər
tərəfdən özünün gördüyü xırda bir işi camaatın gözünə soxmaqla, özünü
reklam edir.

Rauf Masallıda bəzi hakimiyyət nümayəndələrinin zəifliyindən istifadə
edərək, şirnikləndirmək yolu ilə onlarla əlbir olaraq, qanunlardan yan keçməklə
istənilən məqsədinə asan və rahat nail ola bilir. Hətta bu barədə onun Rusiyada
və Masallıda gözə görünən və görünməyən əməlləri haqqında çoxseriyalı dedektiv film də çəkmək olar. Bu şəxs uşaqları qorxudan “Ölməz Kaşşey”in real həyatda bariz nümunəsi deyilmi? Məsələn, həyat yoldaşı turizm obyektləri üçün kadrlar hazırlayan Masallı Regional Kollecində təhsil alıb, yəni ki, pedaqoji sahənin adamı deyil. Amma Kolatan kəndində fəaliyyət göstərən Uşaq bağçasında tərbiyəçi işləyir. Bax, görürsünüzmü, Azərbaycan qanunları Rauf kimilər üçün yox, zavallı, sıravi vətəndaşlar üçündür.

Şahin Məmmədov vəzifədən azad olunduqdan sonra sanki tuluğun yeli alındı, fısı çıxdı. Rauf daha əvvəlki kimi guruldamır, əl-ayağda deyildi. Amma ona Rauf deyərlər ha! Yeni rəhbərliyə yollar axtarır, gedişlər edir, ona minnətçi olur, buna xahişçi göndərirdi. Xülasə, gecə-gündüz yatmır bu adam. Çünku bu sahədə böyük “təcrübəsi”, “oyunçuluq məharəti” var. Və ... axır ki, təzə icra başçısı Araz Əhmədovun hakimiyyəti dönəmində yenə də meydanda, dəbdədir. Azğınlıqları günbəgün baş alıb gedir: Kolatan i.ə.d.-nin Bağıroba kənd məscidinin imamı Hacı Nadir Dadaşaova bir “papaq atdı”,

2-ci Qarabağ Müharibəsində şəhid olan Əli Quliyevin atası Turac Quliyevi və digər şəhid atasını Facebookda təhqir etdi, 3 Qarabağ qazisini dövlətdən narazı saldı, kənd sakini Əfrasim Məmmədovla dava-mərəkə qopartdı, kəndin icra orqanlarının fəaliyyətinə əngəllər törədir, burnu girmədiyi hər deşiyə başını soxur və s. Bir sözlə, Rauf Kolatan əhlinə qan utdurur. Hər ayda da Facebook sosial şəbəkəsində 1-2 nəfərlə arvad-uşaq söyüşünə çıxmasa, ölülərini söydürməsə bu adam rahatlıq tapmır. Amma bütün bunlar ona asan başa gəlmir, arada kötək də yeyir (bu barədə faktları Kolatan əhli daha yaxşı bilir). Yatmır bu adam, gecə-gündüz işləyir: şərləyir, iş verir, ev yıxır. Raufun əməlləri ilə bağlı dəfələrlə ayrı-ayrı vətəndaşlar RİH-nin başçıları Şahin Məmmədovun, Araz Əhmədovun qəbulunda olublar, üzləşmə aparılıb, faktlar sübut olunub, amma nə faydası, tədbir görən olmayıb.

Hadisələrin gedişində RİH-nin başçısı A.Əhmədovu özünə qalxan etmək məqsədilə keçmiş icra başçısı Ş. Məmmədovu rüşvətxorluqda, dəstəbazlıqda ittiham etməklə, indiki başçını bərk vəsf etdi. Əvəzində isə 25.07.2022-ci il tarixdə Facebookda sabiq icra başçısı Şahin Məmmədovun vəzifəsindən azad olunması ilə bağlı şəhid ailələrinin toplantısını tərənnüm edən vida mərasimi haqqında yazdığı statusu və şəxsən çiyninə videokameranı alaraq ov tulası kimi başçının əl-ayağına dolaşaraq çəkiliş etdiyi həmin mərasimin videogörüntülərini profilindən sildi. Bu adam o qədər kütbeyin və savadsızdır ki, hələ də başa düşə bilmir, gedənə süpürgə bağlamaqla, gələnə sabunsuz girmək, özünü “tryapka” etmək deməkdir. Status yazaraq yaramazın birini xalqa “mələk donunda” təqdim etmək, həmin şəxs vəzifədən gedəndən sonra onun barəsində yazılan statusu, videomaterialı profildən silmək, güzgü qarşısında öz üzünə tüpürmək kimi bir şeydir!. Üstəgəl, əfkari-ümumiyyə dünənə kimi sənin Ş.Məmmədova necə tulalıq etdiyini necə varsa, elə də görüb axı! Burda deyirlər ha: quyu qaz, dərin qaz, özün düş, çıxa bilmə.

Görün bu həyasız ünsür Facebookda öz profilindən sildiyi statuslarla
bağlı öz əməllərinə necə don geyindirir. Guya kimsə onun səhifəsinə girərək
parolu qırıb və bir çox materialları oradan silib. Hamısı ağ yalan! Bir tərəfdən, kimlərlə konfliktə girirsə, əvvəl biri-birilərini ifşa edirlər, “arvad-uşaq, var-yox” söyüşlərindən sonra həmin adamları susdurmaq üçün hakimiyyət
resursları vasitəsilə təzyiqlər edir, digər tərəfdən həmin adamların qapısına
“imansız hacı-bacıları” göndərərək “sülh sazişi” bağlayır. Bütün bunlardan
sonra yazdığı statusların pozulması əməliyyatı həyata keçirilir, adını da qoyur ki, “səhifəmə girib parolumu qırıblar, biz bilirik kimdir bunları icra edən”. (!)

Bax burda deyirlər: pah atonnan, həyasız yiyəsi!

Hələ bu harasıdır! Özünün “jurnalistlik” fəaliyyətinə “bəraət” qazandırmaq üçün görün hansı fırıldaq oyununu fikirləşib, uydurur. Guya orta məktəbdə oxuduğu illərdə “Pioner” jurnalında onun məqalələri dərc olunurmuş. İnanan daşa dönsün ki, əgər bu məqalələrdən kolatanlıların xəbəri varsa! Özü də kimə istinad etsə yaxşıdır: bir neçə il bundan əvvəl dünyasını dəyişən dil-ədəbiyyat müəllimi Əhməd Səmədova. Həyasızlığın dərəcəsinə fikir verin, ölüyə də böhtan atır, onu öz çirkin əməlinə şərik edir. Əgər doğrudan da belə idisə, bəs Ə. Səmədovun sağlığında bunları niyə demirdi və ya yazmırdı? Deməli, ağ yalandır!

2020-ci ildə Anar İsgəndərovun qoltuğunda Masallıda zühur edəndə ilk əvvəl Facebookda özünə səhifə açaraq “Rauf Cəbiyev Rauf Mürsəl” adı altında 03 fevral 2023-cü il tarixə kimi başladı burnunu dəlmə-deşiklərə soxmağa. Sonradan isə onu himayə edən “ağa”ların xeyir-duası ilə elə həmin saytda gurultulu səslənsin deyə, ictimaiyyəti çaşdıran “MİP - Milli İnformasiya Portalı” adlı səhifə açdı və başladı yetənə yetirib, yetməyənə daş atmağa, harada bir tənqidi fikir yazan var, ona qara yaxmağa, şər-şəbədə bəstələməyə. Yəni Masallı “yapçılarının” tapşırığı əsasında hara və kimə “fas!” deyirlər, ala köpək kimi bu adam cumur o səmtə. Bir sozlə, o, fövqəladə tapşırıqlar əsasında müstəsna səlahiyyətli şəxs kimi “missiya” yerinə yetirir. Arxasında da dağ boyda YAP funsionerləri. (!?)

P.S. Əziz oxucular!

Bu yazıda cəmiyyətimizə ciddi zərər vuran birisinin iyrənc əməlləri barədə bəzi məqamları diqqətinizə çatdırdıq. Bu hələ hamısı deyil, əlimizdə əlavə olaraq daşdan keçən faktlar da var. Yəni hələlik Rauf Cəbiyevlə bağlı sandığın qapağını bir balaca qaldırdıq. Lazım gələrsə, gələcəkdə o qapaq sandığın üzərindən tamamilə götürülə də bilər. Necə deyərlər, demək bizdən, nəticə çıxarmaq səlahiyyət sahiblərindən. Amma burada incə bir məqam ondan ibarətdir ki, Masallı rayonunun ictimai həyatında heç bir zaman görünməyən, heç bir xidmətləri, təhsili, savadı, normal ağlı olmayan birisini Bakı şəhərinin zibilliklərindən axtarıb tapan adamların çöx məkrli, əvvəlcədən planlaşdırdıqları irimiqyaslı məqsəd, niyyətləri var: yerli hakimiyyət orqanları üçün orzuolunmaz hesab edilən mütərəqqi fikirli, fərqli düşüncəli, yenilikçi, yaradıcı, işıqlı insanları küncə sıxmaq, şərləmək, təhqir etmək, abırdan salmaq, onlara qarşı tələlər qurmaq, torba tikmək, təxribatlar törətmək və s. R. Cəbiyevin Facebookda yazdığı statuslardan da açıq-aşkar görünür ki, o tək deyil, rayonda fəaliyyət göstərən “fövqəladə və səlahiyyətli trol dəstəsi”nin başında dayanıb. Onun yazdığı materiallar götür-qoy edilir, ələkdən keçirilir, korrektə olunur, düzəliş-əlavələr edilir. Arada dəstədən ayrılaraq müstəqil statuslar da yazır və ... gah “quşlayır”, gah “qatıqlayır”, nəticədə aləm dəyir bir-birinə. Əvəzində “arvad-uşaq”, “var-yox söyüşü”nün biri olur bir qəpiyə.Ən heyrət və təəccüb doğuran qəribə məqam isə ondan ibarətdir ki, Rauf Facebookda yüngülvari “banlayan” kimi yaltaqlıq naminə, yuxarıda əyləşən “raufçulara” xoş gəlsin deyə, bəzi-para “yapçılar” saksafon, kantrabas, tütək və s. ilə züy tutaraq “layk qoymaq” üçün növbəyə düzülürlər: “fəxrimizsən”, “səndən yoxdur”, “gözəl insan, biz sizinlə fəxr edirik”, “...daima zirvələrdə” və s.

Ataların bir sözü var: arxalı köpək qurd basar. Əgər doğrudan da Rauf təkdirsə, “özfəaliyyət”lə məşğuldursa, sosial şəbəkələrdə, videogörüntülərdə niyə özünü hakimi-mütləq hesab edərək Facebook səhifəsində yazır: “Filankəsi atdıraram içəri”, “cərimə meydançasında hələ çoxlarına yer var. Hamınızı o meydançada boy sırası ilə düzərəm. Hələ bu harasıdır....” (bax: Facebook, 27.04.2024), “...daş altında yatan ilanı da ifşa edərik... Allah mənə kifayət qədər intuisiya potensialı verib. Daş qayaya rast gəldiyini ona da sübut edərəm” (bax: Facebook, 28.02.2024). Deməli özünün dediyi kimi, bu adam “dövlətin içində dövlətdir”, özü də böyük hüquq və səlahiyyətlərlə. Belə çıxır ki, kimə barmağını uzatsa, aidiyyəti qurumlar dərhal cumacaqlar həmin şəxsə. Amma Raufa bu qədər “geniş səlahiyyətlər” verən kəslər iki şeyi unudurlar: istənilən “əyrini” sonsuzluqda olsa belə, onu “düz”, kəsir. Bir də dünya şöhrətli alim İsaak Nyutonun bir qanunu var: təsir, əks təsirə bərabərdir. Necə deyərlər: su ayının boğazına çatanda doğma balasını da qoyur ayaqlarının altına. Bax, səbir kasası daşanda, xalq Rauf kimiləri əkən, becərdən, yetişdirənlərlə də ciddi haqq-hesab çəkəcək. Amma bu məsələnin bir qədər zamana ehtiyacı var. Bir sual da ortaya çıxır: doğrudanmı, bu qədər ağlasığmaz, qanunsuz və eybəcər işlər görən bir adamın əməllərində Azərbaycan Cinayət Məcəlləsinin heç bir maddəsinin elementləri yoxdur, insan haqları pozulmayıb?! Axı, Rauf Cəbiyev öz fəaliyyətində birbaşa dölətçiliyə ağır zərbə vurur, insanları dövlətdən narazı salır!.

Belə məqamda qəlbimizdən bir səda keçdi: Başdan-ayağa möcüzələr, xəzinələr diyarı, istedadlar məskənisən, ay Masallı! Hər qəlibdə, hər maskada, hər donda-biçimdə “ağlagəlməz”, “əvəzedilməz” kadrların var. Maşallah! Məhz belələrinin ucbatındandır ki, ictimai ab-havan zəhər, üfunət qoxuyur.

P.S.S. Raufçiklə bağlı 7gun.org-da bu vaxta kimi dərc edilən xəbərlərin linkini paylaşaraq, ona deyirik. Əgər kişiliyin varsa, haqqında yazılanlar yalandırsa bizi ver məhkəməyə.

https://7gun.org/index.php?newsid=2760&fbclid=IwZXh0bgNhZW0CMTAAAR0IN0hOZ9PNNeV8Mfs6PH1W_S8DnxtD2JRN76v4ciloafV3Sec77Naf0Q4_aem_AWlOIfl_zeGmzVqYxtcU3zrR0SJIk5lG9YBjdRpsIbmWHAWLU_ku0TxGv64x46r9EVecAuVXLMEvK9-HB-GhGJSq

https://7gun.org/index.php?newsid=2761&fbclid=IwZXh0bgNhZW0CMTAAAR2dh3WRWR-l7whCgGh5shbD2pWFwuuXvZBoSf1ON7rvLQWcqGRLKP8zNis_aem_AWkJaJ07w0Jiu6DQOYQcfeGC04rRpJajekj20SnwfC5-dDjjuQe3lPqN8MbBZRfB-BAEjq3S1XuBnA3DCaST8doC

Mirzə Natiq