Rauf Cəbiyevi “saxlayan” kimdir?
“Ət yeyən quş dimdiyindən tanınar” deyiblər. Bir neçə gündür məqsədli şəkildə üstümüzə cumuzdurulan, saytımız və əməkdaşımız haqqında təhqiramiz sözlər yazan Rauf Cəbiyev barədə çox uzaqda deyil, sosial şəbəklər üzərindən araşdırma apardıq. Bundan başqa, onu yaxından tanıyan həmkəndlilərindən soruşduq. “Quşumuz” öz dimdiyini yediyi p...xlardan tanıtdı..“Ailənin üzqarası olub”Rauf Cəbiyevi yaxından tanıyan bir həmkəndlisinin dediklərindən: “Atası, qardaşları rayonda hörmətli şəxsiyyətlər olmasına baxmayaraq, Rauf ailənin üzqarası olub. Qardaşları ilə mülk davasına çıxdı. Böyük qardaşı tanınmış həkim-yazar Xodaşirin Cəbiyev anasının yas mərasimində hamının yanında Raufun üzünə tüpürərək, "bütün ev-eşik sənin olsun" deyib getdi. Bu vəziyyət Raufa təsir etdiyi üçün sonradan Xodaşirin müəllimi tora salıb, onun əxlaqsız videosunu paylaşaraq ondan özünəməxsus qisas aldı”.
"Gah toylara tamada olurdu, gah “iş adamı” kimi ortaya çıxırdı. Rauf Cəbiyev ən son da Anar İsgəndərov deputat seçiləndən sonra rayonda tapılaraq, onun yanında görünməyə başladı. Bildiyimə görə yaxın qohumları olan bir ağsaqqalın xahişindən keçə bilmədiyi üçün Anar müəllim Raufu yanında “gətir-götür” işi vermişdi. Bir qədər sonra Raufçik özünü deputat köməkçisi kimi qələmə verərək, maklerlik fəaliyyətinə başlayanda Anar müəllim onu yanından uzaqlaşdırdı” – deyə həmkəndlisi qeyd edir.
Raufçik nə vaxtdan “junalist”, ictimai fəal olaraq “parlamağa” başladı? Masallı Rayon İcra Hakimiyyətində olan etibarlı mənbə bildirir ki, Raufun parlamağı “Cenubunsesi.az” saytının redaktoru Mərhəmət Lələyevin 2022-ci ilin fevral ayında həbs olunmasından sonra başladı. O vaxtki icra başçısı Şahin Məmmədov və ətrafının yaxın qoruyucusu olan Lələyevin həbsindən sonra yaranan boşluğu doldurmaq üçün yeni “Lələyev” lazım idi. O zaman RİH-də şöbə müdiri işləyən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev icra başçısına öz kadrı olan Rauf Cəbiyevi məsləhət görür. Sonuncu, verilən əmrə əsasən tez-bazar 2022-ci ilin mart ayında “İnfo.az” adlı yeni sayt təsis edib, “jurnalist” fəaliyyətinə başlayır. Seyfəddin Əliyev Rauf Cəbiyevi YAP Masallı Rayon Təşkilatının Kolatan ərazi Partiya Təşkilatının sədri təyin edir. Dolanışıq üçün də rayonda olan bəzi idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin məktəb direktorlarına tapşırıq verir ki, sizin üçün tezisləri Rauf yazıb, öz saytında dərc edəcək. Belə tezisləri yazmaq əlbəttə ki, savadsız, jurnalist təcrübəsi olmayan Raufçikin başı üçün deyildi. Amma o dələduzluğunu işə salaraq bunun yolunu tapmışdı. Ölkənin digər KİV-də yayımlanan eyni məzmunlu tezislərə yüngülvari əl gəzdirərək, 15-20 manatdan öz müştərilərinə sırıyır.
Yeri gəlmişkən deyək ki, Mərhəmət Lələyev Rauf Cəbiyevlə müqayisədə çox şəxsiyyətli və ləyaqətli biridir.
Mənbə bildirir ki, Şahin Məmmədov, Seyfəddin Əliyevdən mütamadi yazan “Cenub.az” saytının baş redaktoru Zahir Əmənovun üstünə göndərilən, sonuncunun öz dili ilə desək “40 quldur”dan biri də Rauf Cəbiyev idi. Rüşvətxor məmuru müdafiə etmək üçün jurnalist həmkarının üstünə rayonda yalnız Rauf kimi “Saray jurnalisti” gedə bilərdi. Bu “vəzifə”ni əvvəlcə İcra Hakimiyyətinin mətbu orqanı olan “Yeni Həyat”ın əməkdaşlarına həvalə edilsə də, “Biz kişiyik” deyib, həmin o iyrənc işə getməmişdilər.
Bu arada Seyfəddin Əliyevin öz oğlunu ikinci Qarabağ döyüşlərindən yayındırması barədə müəyyən söz-söhbətlər eşitmişik. Növbəti yazılarımızda bu barədə ətraflı məlumat verəcəyik.
Şahin Məmmədov tezliklə vəzifəsindən azad edildi. O rayonu tərk edən zaman Raufçik rəhbərə öz sadiqliyini göstərmək üçün bir neçə sahibkar və şəhid ailəsini Şahin Məmmədovun ayağına gətizdirərək, onlara sabiq başçı haqqında “ləyaqətli davamçı”, “Peyğəmbər kimi adam” sözlərini dedizdirdi..
Şahin Məmmədovdan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı postuna Araz Əhmədov təyinat aldı. Rayon tarixində son 22 ildə görülməyən canlanma başladı. Rayonda at oynadan bir çox yüksək vəzifəli məmurlar işləri ilə vidalaşdı. Raufçikin ağsaqqalı sayılan Seyfəddin Əliyev isə RİH-dəki vəzifəsindən ayrılsa da, YAP sədri olaraq fəaliyyətini davam etdirir. Raufçikin də yalını əsirgəmir. Arada Raufçikə RİHB-nın müavini Adəm Məhərrəmovu da “vurdurdu”..
Qucaqdan-qucağa keçməyə adət edən qəhrəmanımız icra başçısına özünü yaxşı satmaq üçün dəridən-qabıqdan çıxır. Raufçikin Vətən Müharibəsində övladlarını itirən iki şəhid atasının (biri öz kəndçisi idi) kiçik bir “səhvi”nə görə onlardan təhqir dolu paylaşımı da başçının gözünə girmək üçün etdiyini bildirirlər. Lakin hadisədən xəbər xutan icra başçısı təcili o xəbərlərin silinməsini tapşırıq verib..
Sosial şəbəkə profilini xəbər portalı adlandırır...Raufçikin “Azinfo.az” saytı uğurlu olmadı. O, daha çox facebook sosial şəbəkəsində “Masallı Xəbərləri MİP” adlı profil yaradaraq güya ki, rayonda baş verən hadisələrdən yazır. Əslində isə onun “yazıları” Rayon İcra hakimiyyətinin rəsmi səhifəsində olan məlumatlar və ya mübtədası, xəbəri bilinməyən cızma-qaradan başqa bir şey deyil. Raufçik bu profili öz sahiblərinə və “izləyicilərinə” portal kimi soxuşdurur. Adın sonluğunda olan “MİP” onun təbili ilə desək – “Milli İnformasiya Portalı” deməkdir.
Ötən ilin oktyabr ayının 6-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində müzakirələrin aparılması məqsədilə Lənkəran şəhərində cənub regionunda fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirildi. Həmin tədbirə Rauf Cəbiyev media nümayəndəsi olaraq dəvət edilməmişdi.
26 dekabr 2023-cü il Medianın İnkişafı Agentliyi təşkilatçılığı ilə regionda fəaliyyət göstərən media nümayəndələrinin Şuşaya səfərində isə Rauf da iştirak edirdi. Bu məsələdə biraz qaranlıq məqamlar var. Biz bu qaranlığa elə Raufçikin Şuşadan paylaşdığı bir video ilə aydınlıq gətiririk. Tədbirdə iştirak edən bütün media nümayəndələri tərdbirin təşkili üçün MEDİA-ya təşəkkür etsələr də, Raufçik iştirakının təmin edilməsi üçün təşəkkürünü Masallı Rayon İcra Hakimiyyətinə və Masallıda fəaliyyət göstərən bir mağazaya bildirir. Buradan da onu bu tədbirə dürtüşdürənləri ifşa edir.
Bu araşdırmamızda Raufçiki “saxlayan”, ona himayədarlıq edənin kim olduğuna aydınlıq gətirdik. Bəli, ət yeyən quş dimdiyindən tələyə düşər. Növbəti yazımızda təkcə “quş”dan deyil, həm də ona sahiblik edən “quşbaz”dan ətraflı yazacağıq.
Bizi izləyin.
Mirzə Natiq