Rövnəq Abdullayev 37 milyona mülk aldı – Aləsini köçürür


SOCAR-ın keçmiş rəhbəri Rövnəq Abdullayevin iqtisadiyyat nazirinin müavini olmasına rəğmən şəxsi biznes imkanlarını genişləndirməsinə çalışır.

7GÜN XƏBƏR xəbər verir ki, R.Abdullayevin oğlu Rəşad Abdullayev bir müddət öncə Londonun ən bahalı məhəllələrinin birində yerləşən ərazidə qiyməti 22 milyon dollara (37 milyon manat) daşınmaz əmlak alıb.

Rövnəq Abdullayev vəzifədə olduğu dönəmdə kürəkəni Rauf Əliyev daxil olmaqla, qayınatası və digər yaxın qohumlarının varlanmasına imkan yaradıb. Hazırda oğlu kürəkəni və qayınatasının Türkiyədə, İngiltərədə, Dubayda daşınmaz əmlaklar aldığı və biznes şəbəkəsi qurduğu bildirilir.

Onu da qeyd edək ki, R.Abdullayev bütün sərvətini ölkədən çıxarmağa nail olduqdan sonra ailəsini xaricə köçürəcək. /Unikal/