Zaur Abdullayev yeni vəzifəyə təyin olunacaq?


Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis Mürsəl İbrahimov müavini Zaur Abdullayevi işdən çıxarıb. Hələlik onun yerinə təyinat olmayıb.

Əslində Zaur Abdullayevin işdən çıxarılacağı gözlənilən idi. Niyə? Çünki o, həmişə rüşvətxor və korrupsioner kimi ölkə mətbuatının gündəmində olub.

İki gün öncə 7GÜN XƏBƏR-də də "Mürsəl İbrahimov Zaur Abdullayevlə yollarını ayıracaq?" başlıqlı yazı dərc etmişdik. Həmin yazıda Zaur Abdullayevin qanunsuz işlərindən geniş söhbət açılmışdır.

Elə indilərdə Zaur Abdullayevlə bağlı onun ən yaxın qohumlarından maraqlı məlumat əldə etmişik. Məlumatda onun daha yüksək posta təyin ediləcəyi deyilir. Hələlik qohumu Zaur Abdullayevin hansı vəzifəyə təyin ediləcəyi dəqiq bilmir. Ancaq belə bir məlumat var ki, Zaur Abdullayev həmin vəzifə üçün kiməsə verməli olduğu külli miqdarda pulun 45 milyonunu hazırlayıb. Görünür, qısa bir zamanda bu qədər pulu bir araya yığan Zaur Abdullayevin bundan qat-qat artıq pulu var.

Başqa bir mənbədən öyrənmişik ki, Zaur Abdullayev təkcə xarici ölkələrdə son aylarda dəyəri 350 milyon manatdan çox əmlak alıb.

Hadisə & problemlər barədə bizə yazın:
E-mail: [email protected]