Yaltağlığı müəllimlik peşəsindən üstün tutanlar...
Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyəti nin başçısı təyin edilən gündən rayonda at oynadan rüşvətxor və korrupsioner məmurların bir hissəsini tutduğu vəzifələrdən uzaqlaşdırdı, bir hissəsinə də barmaq silkələyərək tapşırıq verdi ki, yerinizdə oturub doğru-düzgün işinizi icra edin. Hər halda belə bir məlumat rayonda yayıldı.Bəli, Araz Əhmədov tam olaraq özündən əvvəlki sələflərinin yolu ilə getmir. Onun iş üslubu biraz fərqlidir. Rayon sakinləri deyirlər ki, icra başçısı müəyyən problemlərin həllində maraqlı görünür. Amma təəssüflər olsun ki, rayonda səhiyyə və təhsil sistemində boşluqlar bu gün də qalmaqdadır. Bir neçə dəfə bu idarələrdə baş verən özbaşınalıqlar barədə reportajlarımız olub. Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon sektorunun müdiri Qoşqar Hətəmov tənqidi yazımızı həzm edə bilməyərək müəllim və “jurnalist” trollarını üstümüzə qaldırıb. Əldə etdiyimiz məlumata görə Qoşqar Hətəmov müəllimlərə xüsusi tapşırıq verib ki, sosial şəbəkələrdə haqqımızda təhqir dolu paylaşımlar etsinlər. Əlbəttə özünə, müqəddəs peşəsinə hörmət qoyan müəllimlər bu əmri rədd ediblər. Özünə hörmət qoymayan, yaltağlığı müəllimlik peşəsindən üstün tutanlar isə bu əmri icra etməkdədirlər.
Bu arada qeyd edək ki, təhsillə bağlı bütün məsuliyyət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və şəxsən Emin Amrullayev in üzərindədir. Biz bu mövzunu da davam etdirəcəyik.
Bu trol ordusunun başında isə özünü “jurnalist” hesab edən əl meymunu Rauf Cəbiyev durur. O Rauf Cəbiyev ki, Araz Əhmədovdan öncə rayona rəhbərlik edən Şahin Məmmədovun tulası idi. Lazım olan yerlərə onu cumuzdurardı. Yaxşı xatırlayırıq “Cenub.az” redaksiyasına olan məmur hücumunda da Raufçikin xüsusi fəallığı olmuşdu. Söz yox ki, redaksiya rəhbəri də ondan geri qalan adam deyil.
Rauf Cəbiyev Araz Əhmədov rayona başçı təyin ediləndən dəyişməyən, əksinə daha da fəallaşanlardan biri sayılır. Kənardan belə təsurat yaranır ki, onu rəhbər şəxsən özü idarə edir, gücü ondan alır. Əgər belə olmasaydı Rauf Cəbiyev icra başçısının müavini Adəm Məhərrəmovu, rayonun iki şəhid valideyni haqqında təhqir dolu yazı yaza bilməzdi. İcra başçısının yaxın kadrı kimi tanınan Masallı rayonunun Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin sabiq rəisi Məhərrəm Əliyevin lazım gəldi-gəlmədi müdafiəsinə qalxmazdı. Məhərrəm Əliyev Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və israf etmə maddələri ilə ittiham edilərək barəsində Masallı Rayon prokurorluğunda cinayət işi açılıb. “Komxoz” adlı idarəyə rəhbərlik edərkən Raufçikə yal verən məmurların başında gəlirdi Məhərrəm Əliyev.
Rauf Cəbiyev feyzbuk sosial şəbəkəsinə “Masallı Xəbərləri MİP” adlı profil işlədir. Oradan-buradan “kopya”ladığı məlumatları da bu profildə paylaşır. Saxta Ali təhsil diplomu Azərbaycanda tanınmayan bu Raufçik feyzbuk profilini də “Xəbər portalı” adı ilə rəhbərliyə sırıyıb. Bu adamın bacardığ ən yaxşı iş əxlaqsızlıq və dələduzluqdur. Mülk davasına görə rayonda böyük hörmət sahibi olan qardaşı Xodaşirin Cəbiyevi anasının yas mərasimindən qovması, onu barəsində əxlaqsız video çəkdirərək rüsvay etməsi də yaxın keçmişdə baş verən hadisələrdir.
“Bibi” ləqəbli insan alverçisi, əxlaqsız qadınla olan macəraları isə bir yazıya sığışmaz.
Rayonun bütün tədbirlərində və qəbullarda Araz Əhmədovun başda otuzdurduğu bu “adam” onun imicinə xələl gətirdiyini bilirmi?
Sizdən xahiş və tələb edirik, Raufla bağlı ölçü götürün ki, kənardan “sizinki” kimi görsənməsin.
Mövzunu davam etdirəcəyik.
Mirzə Natiq