Təhsil eksperti Kamran Əliyev Elxan Nəcəfov barədə bunları yazdı
“Hədəf” liseyindən Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin edilən adi bir repetitor olan Elxan Nəcəfov hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə gətirilib. 7GÜN TV xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov açıqlayıb.
"O, bu regional idarəyə təyin ediləndən sonra bir vaxtlar onunla eyni özəl kursda işləyən repetitor Famil İsayevi müavin, Rəhim Rəhimovu isə sektor müdiri vəzifələrinə təyin edib. Kurslardan edilən bu təyinatlarda maraqlı cəhət 1 milyon əhalisi olan regionun 554 məktəbini idarə edəcək müdir və müavininin dövlət ümumtəhsil məktəbində adi müəllim belə heç vaxt işləməməsidir. “Hədəf” liseyinin digər əməkdaşı Anar Mustafazadə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsində çalışır. “Hədəf” liseyindən olan təyinatlar xarakterinə görə Dövlət Gömrük Komitəsindəki təyinatlardan əsla fərqlənmir"-deyə, təhsil eksperti qeyd edib.