Bir qardaşının bağrını çatladan, digərini şantaj edən Rauf Cəbiyev
Bu dəfəki araşdırma yazımızda saxta hüquqşünas, tamada-jurnalist Rauf Cəbiyevin təkcə cəmiyyət arasında deyil ailəsində də qisasçı, şantajçı, ailənin üzqarası, qardaş qatili olması ilə bağlı məlumat alacaqsınız.
Qısa anonsları təqdim edirik:✓ Rauf qoca yaşda olan atasını niyə qardaşının üzünə durdurdu?
✓ Raufun atası: “mən gördüm Güləşir Raufu güllələmək istəyirdi”
✓ Rauf qardaşı Güləşiri niyə uzun illər məhkəmələrdə süründürdü?
✓ Raufun əldə etmək istədiyi mülk əslində kimindir?
✓ Rauf qardaşı Xodaşirin Cəbiyevi niyə çantaj edirdi?
✓ Rauf Cəbiyev: “Ən doğma adamıma da güzəşt etmərəm, atdıraram
içəri”
✓ Mal-mülk sevdasından doğan qisasçılıq və onun acı nəticələri. Ya da, bir ailənin amansız və doğma qatili.
Uğurlu-uğursuz Sankt-Peterburq səfərindən sonra həyat yoldaşı və 2 oğlu ilə birlikdə Bakı şəhərində ev kirələyir və şəxsi maşını ilə taksi sürücüsü kimi fəaliyyətə başlayır. Atası Oğlan Cəbiyev 1958-ci ildə çiy kərpicdən tikdiyi köhnə evindən əlavə, yaşadığı həyətdə 2-ci oğlu Güləşir Cəbiyevlə müştərək daha bir 3 mərtəbəli imarət tikirlər.
Qısa haşiyə. Güləşir Oğlan oğlu Cəbiyev 1981-ci ildə başlayaraq RSFS-nın Ulyanovsk
şəhərində uzun illər yaşayıb, işləyib, oxuyub, orada ali təhsil alaraq
aqronomluq ixtisasına yiyələnib. Lakin 1-ci kateqoriyası sürücü olduğuna görə ixtisası üzrə heç vaxt işləməyib. Vətənə qayıtdıqdan sonra Masallı şəhərində yerləşən 4 saylı ANM-də (ATP-4) ağır tonajlı “Kamaz” markalı yedəkli avtomaşında sürücü işləyib, halal zəhməti ilə çörək qazanıb. SSRİ dağıldıqdan sonra Bakı şəhərinə köçüb.
Atasının adına rəsmiləşən həmin imarətin tikinti materiallarını Güləşir 3
min kilometrə yaxın məsafədən ağır zəhmətlər bahasına bir neçə dəfə yürüşlər edərək Xəzər dənizinin sol və sağ sahillərindən Dağıstan və Türkmənistan (Krasnovodskdan gəmi-bərə ilə) marşrutu ilə Kolatan kəndinə daşıyıb. Lakin ev tikilib başa çatdıqdan sonra Raufun ciddi-cəhdi və təhriki ilə valideyinlər evi Güləşirə verməkdən imtina ediblər.
Bu məsələ ilə bağlı ailədaxili çəkişmələr, ziddiyətlər, narazılıqlar uzun illər səngiməyib, hətta hər iki tərəf xeyli müddət məhkəmə qapılarında ayaq döyüblər. Ümumilikdə götürsək, ev mübahisəsi ilə bağlı məhkəmə çəkişmələri 2014-16-cı illəri əhatə edib. 2013-cü ildən başlayaraq Rauf valideyinlərini birgə yaşamaq üçün Bakı
şəhərinə aparıb. Ata-anaya “himayədarlıq” adı altında onların aldıqları iri məbləğdə təqaüd pullarını mənimsəyib və hətta axirət günləri üçün yığdıqları pulların hesabına ata həyətində özünə ev də tikib. Valideyilərin getdikcə qocaldığını nəzərə alaraq Rauf ata-qardaşının birgə tikdikləri 3 mərtəbəli imarəti də ələ keçirmək üçün yeni planlar cızıb.
Bundan ötrü 2015-ci ildə qardaşı Güləşirə qarşı təxribatlar qurmaqla ona “torba tikməyi” qərara alıb. Qardaşının qoşalüləli ov tüfənginin sənədsiz olduğunu zənn edərək Güləşiri məhkəməyə verib, atasını məcbur edib ki, məhkəmədə şahidlik edərək desin:
“mən gördüm Güləşir Raufu güllələmək istəyirdi”.
Ciddi məhkəmə araşdırmasından sonra məlum olub ki, tüfəngin qanuni sənədi var və deyilənlər Güləşirə qarşı böhtandır. Şikayətin nahaq şər-böhtan olmasından, atanın övladına qarşı təzyiq altında ifadə verməsindən dəhşətə gələn hakimlər ədalətli qərar çıxararaq ittihamı əsassız olduğu üçün rədd ediblər.
Rauf bu çəkişmələr arasında Güləşirə qarşı daha bir tələ də qurub. Belə ki,
uzun illər ərzində qüsursuz və intizamlı sürürcü kimi tanınan Güləşirə Bakı
şəhərində DYP işçiləri daim hörmət və ehtiram göstəriblər. Kasıb təbəqədən
olan sürücü dostlarından bir kimsə “ilişəndə” ona müraciət edir, polis işçilərinə üz vurmasını xahiş ediblər ki, yüngül cəza ilə qutarsınlar.
Qardaşının hörmət-izzətindən bərk “narahat” olan Rauf, günlərin birində özü kimi bir nəfəri öyrədir ki, Güləşirə zəng eləsin və DYP işçilərindən onun xahişini etsin. Beləliklə, Güləşirin səsi mobil telefonun yaddaşına köçürülərək hüquq mühafizə orqanlarına ötürülür...
Bu qovğadan da birtəhər canını qurtaran Güləşir üçün Rauf yeni bir ssenari yazır-yaşlı atasını DİN-in BDYPİ-nə aparır və onu məcbur edir ki, orada
Güləşirdən şikayət etsin və desin: “bu ölkədə QAİ-lər kimə tabedir, dövlətə, ya
Güləşir Cəbiyevə?!”...
Məqsəd isə Güləşirlə dostluq münasibəti olduğu DYP işçiləri arasında nifaq salmaq olur.
Güləşir Kolatandakı 3 mərtəbəli binanı təmir etdikdən sonra ara-sıra Bakıdan kəndə gəlib ailəsi ilə birlikdə orada yaşayır. Lakin burada o, ciddi və süni bir problemlə üz-üzə qalır. Özünün həyətyanı sahəsinə ayrıca darvaza
qoyan Rauf, Güləşirin həyətində olan dədə-baba darvazasını sökür, qoyur
kənara. Nəticədə həyətin Güləşirə aid olan hissəsi qalır açıq, nəzarətsiz. Raufun silsilə və ardıcıl xəyanətkar əməllərinin ucbatından axır ki, Güləşir canından bezir, ağır şəkər xəstəliyinə tutulur, vəziyyəti gündən-günə ağırlaşır. Kənd ağsaqqallarının, hüquq-mühafizə orqanlarının ciddi-cəhd göstərməsinə
baxmayaraq valideyinlərin sağlığında “darvaza əhvalatı” öz həllni tapmır, yenə
məhkəmə çəkişmələri, yenə dava-dalaş və s. 2017-2018-ci illərdə ata-ana, 2019-cu ildə Güləşir vəfat etdikdən sonra həmin darvaza yenidən yerinə bərpa edilir.
Amma bu dəfə saysız-hesabsız insanlar qardaş qatili Raufa lənətlər oxuyandan sonra ədalət bərpa olunur. Atasının ciddi ürək xəstəsi olduğunu bilən Rauf, ölümünə yaxın onu Notarial kontora apararaq vərəsəlik hüququ qazanır,
valideynlərinin malını-mülkünü hiyləgərcəsinə mənimsəyir.
Oxucuların diqqətinə onu da çatdıraq ki, Raufun ucbatından Cəbiyevlər ailəsində baş verən olaylara Kolatan və tabeliyində olan kəndlərin sakinləri
uzun illər şahidlik ediblər. Ona görə də Raufun adı gələndə el-obada hamı onu
valideyn, qardaş qatili kimi tanıyır və ona lənət oxuyurlar.
Rusiyada böyük hiyləgərlik, təxribatçılıq məktəbi keçən bu şəxs hələ gələcəkdə daha neçə-neçə ocaqlar söndürəcək, evlər yıxacaq, qapılar bağlayacaq, ailələri gözü yaşlı qoyacaq. Aqillər deyir ki, cinayətkar cəzasız qalanda, o, gələcəkdə daha böyük cinayətlər törədir.
Yeni gedişlər, uzaqmənzilli oyunlar...Raufun Masallıya bu dəfəki gəlişi tamamilə ayrı bir görkəmdə, ilğım kimi,
odlu-alovlu oldu. Gah şaiyə yaydı ki, bu gün-sabah icra başçısının müavinlərindən biri olacaq, gah deyirdi: Kolatan kəndinin ərazi nümayəndəsi və ya Seçki Məntəqəsinin sədri təyin ediləcək və s.
Amma bütün bunlardan əvvəl qarşısına qoyduğu əsas hədəfi nişan almağı qərara aldı - nəinki rayonda,
respublikada və ölkədən xaricdə tanınan, uzun illər Masallı rayonunun səhiyyə sistemində qüsursuz və təmənnasız işləyən nüfuzli ziyalı, yazıçı-publisist, jurnalist-təqiqatçı, bir zamanlar Tolyattidə Raufun əlindən tutaraq qəbirdən çıxaran öz böyük qardaşı Xodaşirin Cəbiyevi hədəf seçdi.
Hesab edirdi ki, özünün keçmiş çirkin əməllərindən xəbərdar olan, iç-içalatını rentgen qurgusu kimi görən-bilən, özünün Masallıda eninə-uzununa əl-qol açmasına əngəl törədə bilən yalnız yeganə şəxs-maneə Xodaşirin ola bilər. Ona görə də elə ondan başlamağı lazım bildi.
Bir məqama da diqqət yetirək ki, heç bir siyasi partiyanın və qurumun üzvü olmayan, azad, mütərəqqi və müstəqil fikirli yazar X.Cəbiyevin sosial şəbəkələrdə Masallı rayonunun ictimai həyatı ilə bağlı yazdığı tənqidi fikirlər uzun illər idi ki, yerli hakimiyyətdə vəzifə tutan bəzi YAP funksionerlərinin yuxusuna haram qatmışdı. Ona görə də atalar demişkən: istədiyim yar idi, yetirdi pərvərdigar. Rauf kimi bir “əl iti”nin Masallıda peyda olması, həmin zümrə üçün də necə deyərlər: “göydən düşmə” oldu.
Xodaşirini ləkələmək, fiziki-mənəvi cəhətdən “aradan götürmək Raufa hava-su kimi həm də ona görə vacib idi ki, qardaş-bacılarından xəbərsiz, onların icazəsi olmadan valideyinlərindən əldə etdiyi mal-mülk məsələsində Xodaşirin ən böyük əngəl və maneə idi. Ona görədə dövlətə hədsiz sədaqətli olmasını, “dövlət və dövlətçilik” bayrağını əlinə alaraq Xodaşirini “əzməyi” ilk növbədə qarşısına məqsəd qoydu. Bu hələ hamısı deyil, “qara qızın dərdi var”.
X. Cəbiyevin 2 oğlan, 1 qız övladı olub. Valid adlı böyük oğlu Ukraynanın
vətəndaşıdır, orada oxuyub, 2021-ci ilin mart ayına qədər orada yaşayıb və
işləyib, hazırda ailəsi ilə birlikdə Almaniyada yaşayır. Xodaşirinin 2-ci oğlu Nurlan 2012-ci ildə avtomobil qəzasında həlak olub. 2013-cü ilin yanvar ayına qədər övladlarının heç birinin oğlan övladı olmayıb. Bu məqamdan daxilən ilham alan Rauf, gələcəkdə X. Cəbiyevin də mal-mülkünə şərik olmaq üçün primitiv və cılız lahilər cızmağı planlaşdırıb. Lakin 2013-2014-cü illərdə Xodaşirinin 2 oğlan nəvələrinin dünyaya gəlişi xəbərini eşitdikdən sonra Rauf böyük qardaşına qarşı da quduz itə dönüb. Beləliklə, Masallıda peyda olduqdan sonra 2021-ci ilin dekabr ayının 3-də Raufun da üzv olduğu trol dəstəsi küçə fahişələri ilə əlbir olaraq X. Cəbiyevə qarşı ağlasığmaz bir təxribat törətdi və zənn etdilər ki, bununla da onu susduracaq və məqsədlərinə nail olacaqlar. Amma nəticədə tamamilə bunun əksi baş verdi. İşin təşkilatçısının
Rauf Cəbiyev olduğu özünün “ağzıcırıq” xasiyyəti ucbatından qısa bir müddətdə tamamilə üzə çıxdı.
Aldığımız məlumatlara əsasən onu da əlavə edək ki, X.Cəbiyev qardaşı R.Cəbiyevi onilliklərdir ki, darvazasından içəri buraxmır. Onun üzündən xeyir-şər
məclisləri istisna olmaqla, ümumiyyətlə Kolatan kəndinə də getmir.
Görəsən, doğma qardaşlarına özünün mənfur niyyətlərindən ötrü xəyanətlər
edən, özgəsinin qarşısında bir “malades” qazanmaq üçün qula çevrilən adama
nə ad vermək olar?! Əvəzində, qardaşlarına etdiyi xəyanətləri ört-basdır etmək üçün Facebook profilində, həmkəndlisi Əfrasim Məmmədovun ondan “icazəsiz” (!) xeyriyyə cəmiyyəti yaratması ilə bağlı Kolatan kənd “Cümə məscidində təşkil etdiyi toplantıda Rauf görün nə yazır və nə deyir: “bizə qarşı müxalif olan ən doğma adamıma da güzəşt etmərəm, atdıraram içəri”. Bu adam qardaşlarına qarşı törətdiyi qeyri-insani əməlləri görün necə hiyləgərcəsinə dövlətçiliklə bağlayır, özünü dövlətə sədaqətli şəxs kimi cəmiyyətə sırıyır. Bu adam həyasızcasına düzlükdən, haqq-ədalətdən danışır, müsəlmançılıqdan dəm vurur, özünün heç bir zaman əyilmədiyindən (görəsən, əyrinin nəyi əyiləcək), dövlətçiliyə sədaqətindən söhbət açır, sosial şəbəkələrdə paylaşdığı fotoşəkillərdə, arxiv materiallarında rəhbər şəxslərin kölgəsində daldalanır.
Sual edirik: görəsən, yuxarıda sadaladığımız əməllər sahibi olan bir adam sədaqət, dəyanət, ləyaqət sahibi ola bilərmi? Əgər bir şəxs üçün heç bir insani dəyər müqəddəs deyilsə, şəhid atasını təhqir edirsə, onun üçün ata-ana, qardaş-bacı, vətən, dövlət əziz ola bilərmi? Deməli, şərait yaranan kimi, fürsət düşən kimi yenə satacaq, yenə qaçacaq.
Peşəkar dələduz - “atanşik”in ağlasığmaz iş metodlarıR.Cəbiyevin oyunbazlıqlarına dərindən bələd olanlarlar onun əməlləri barədə ağlagəlməz fikirlər söyləyirlər. O, harada yaşamasından asılı olmayaraq əvvəlcə mühüm dövlət orqanlarında özünə möhkəm dayaqlar, ikinci mərhələdə yaxşı maddi imkanı olan “dostlar” tapır. Həmin dostların qılığına girərək etibar qazanmaqla bərabər, onların sirlərini öyrənir və axırda onlara “taraz atır”. Səsini qaldıranı ondan əldə etdiyi sirlər əsasında hüquq-mühafizə orqanlarına satır, nəticədə həmin adamları ağır bəlaya düçar edəndən sonra gəlib deyir ki, “gəl sənin işini düzəldim”. Yəni bu adam beləcə, pul çırpışdırır, pul bölür, iş düzəldir, iş qurur. Əgər “atdığı” pulların sədası bərk gəlirsə, soruşub-bilənlərə
nə desə yaxşıdır: ”böyük qardaşım uşaq oxutdurur, pulları ona vermişəm”, böyük qardaşımın iri məbləğdə borcu var, onu ödəmişəm” və s. Bu məqsədlə xüsusi adamlara 5-10 manat verməklə onları “şeypurçu” kimi əlində saxlayır və mobil telefonla həm ölkə daxilində, həm də ölkə xaricində ildırım sürəti ilə xəbərlər yaydırır ki, “Rauf kimsəyə pul atmayıb, böyük qardaşına maddi kömək edib”. Halbuki, bütün el-oba bilir ki, böyük qardaşı olan Xodaşirin Cəbiyevin başına Rusiyada bu cür oyunları açdığına görə uzun illərdir ki, o, Raufla danışmır və onu ev-eşiyinə buraxmır. İndi Masallıda daş qayaya rast gəlib, “atmaq” üçün geniş meydan, yağlı müştərilər var. Amma Xodaşirinin onu evinə buraxmaması işləri korlayır, köhnə nömrələr burada keçmir. Böyük qardaşına qarşı aqressiv və amansız olmasının bir əsas səbəbi də budur! Həm də Azrbaycanda “atanşiki”n dərisini boğazından çəkirlər. Bura Rusiya deyil, hamı bir-birini gözəl tanıyır. X. Cəbiyev ictimaiyyətin gözündə ziyalı, əməli-saleh, xeyirxah, səxavətli, düz yolun yolçusu kimi tanınır, ömrü boyu rayonda bir kimsəyə borcu olmayıb. Əksinə, vəzifədə çalışdığı illərdə daim insanlara əl tutub, olan-olmazını kasıb-kusublara verib, dövlətçilik yolunda xərcləyib. Bax, söylədiklərimiz raufsayağı “atmağ”ın növlərindən biridir. Buna kimin şəki gedər?! Özgəsinin evini yıx, malını ye və de ki, “mən nə etmişəm ki, qardaşıma əl tutmuşam də!”. Bu hələ nədir ki?! Raufun bu cür zəhmətsiz gəlir əldə etmək üçün saysız-hesabsız “priyomları” var.
Mövzunu davam etdirəcəyik.
Mirzə Natiq