Rauf Cəbiyev kimə və niyə hürür? - ARAŞDIRMA


Sahibləri yenidən Rauf Cəbiyev adlı məxluqu hürdürməyə başlayıb. 4 may tarixində “Cenub.az” xəbər portalında “Zahir Əmənovun yazısı:- Hansı İcra Başçısının Facebook səhifəsi var?” başlıqlı yazıda Masallı ilə bağlı tənqidi fikirlər qeyd edilərək saytın növbəti yazısında “Masallıda kadr çatışmır, ya kadrlara inam?” olacağı bildirilib. Bu anonsdan qorxuya düşənlər media köpəkləri olan Rauf Cəbiyevə Zahir Əmənovla bağlı təhqirlər yazmağı tapşırıblar. Belə işlərin “sənətkarı” olan Raufçik ard-arda düz üç “xəbər” ərsəyə gətirib. Əvvəlcədən şantaj xarakterli anonslar verərək arxivində Masallıda fəaliyyət göstərən jurnalistlərə aid səs yazıları, faktların olduğunu bildirdi. Sonra isə Zahir Əmənovla bağlı səs yazısı paylaşdı.

İndi isə biz Rauf Cəbiyev barəsində apardığımız araşdırmanı təqdim edək.

Bir məqamı da qeyd edim ki, hazırda Zahir Əmənovla münasibətlərimiz çox sərin olduğu üçün qarşı tərəf kimi onun münasibətini öyrənə bilmədik. Amma Rauf “səs yazısı” söhbəti ilə özünü bir daha "yandırdı". Zahirin səsini kim yazıb? Və o səs yazısı Raufun əlinə necə keçib? Bu məsələyə də qayıdacağıq.

Qısası, Zahir belələrinin heç adın tutmadığı halda, bu kimlərin sifarişi ilə belə yalaqlıq edir?

Bir də maraqlıdır, necə olur ki, öz qardaşlarından donosçuluq edən, qardaşını məhkəməyə verən şəxs, başqalarını ailə məsələlərində necə günahlandıra bilər?

Düzü, ona himayədarlıq edənlərə yazığım gəlir- gör, nə günlərə qalmısız ki, sizi belə rəzillər müdafiə edir.

✓ Rauf Cəbiyev doğrudanmı beş qardaşı və iki bacısı ilə düşməndir?

✓ Doğrudanmı qardaşı Güləşir Cəbiyevi mülk üstdə məhkəməyə verib onun bağrın çatladıb?

✓ Rauf Cəbiyevin Rusiya macəraları.

✓ Onu Ağsaqqallar şurasına kimlər gətirmək istəyir və onu niyə həmin vəzifədən qovdular?

✓ Rauf Cəbiyevi kimlər müdafiə edir və niyə?

✓ Kolatanlılar niyə onu sevmir?

✓ O doğrudanmı millət vəkili Anar İsgəndərovun köməkçisi olub?


Daha nələr, nələr. Bütün bunlar barəsində növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.

2020-ci ildə Masallının ictimai həyatında, media məkanında və sosial şəbəkələrdə gözlənilmədən bir “ulduz” parladı. Himayədarları onu “politoloq”, “jurnalist”, “sosioloq”, “xeyriyyəçi”, “ağsaqqal”, “YAP-çı”, “dövlətçiliyin himayədarı”... kimi təqdim etməyə yox, sırımağa başladılar. Amma onu yaxından tanıyanların nəzərində isə bu şəxs xarakter etibarilə olduqca qaraqəlbli, intriqant, qisasçı, araqarışdıran, sözgəzdirən, işverən, satqın, etibarsız, evyıxan, dağıdıcı, əliəyri, oğru, yalançı, qaradan başqa ayrı rəngi seçməyən ictimai təhlükəli bir idiotdur. İşi-peşəsi ondan-buna, bundan-ona xəbər çatdırmaq, WhatsApp vasitəsilə başqalarının səs yazılarını, video görüntülərini ötürmək, ayrı-ayrı şəxslər barədə şantaj xarakterli xəbərlər bəstələmək və yaymaq, insanları şərləmək və bir-birinə düşmən etmək, ailələri dağıtmaq, gizli şəkildə adamların səsini yazmaq və s.

Bütün bu kimi “istedad tərəflərindən” başqa onun daha iki qeyri-adi fərasəti də var:

Birincisi, istənilən imkanlı, vəzifəli adama “girərək” əvvəlcə etibar qazanmaq, fürsət düşən kimi həmin adama “atmaq”, pulunu geri istəyənlə düşmənçilik etmək, ona “torba tikmək”, ilişdirmək, sonra isə həmin adamı quyudan çıxarmaq üçün öz “yardımını” təklif etmək.

İkincisi, harada gözünə pis görünən istedadlı, işıqlı, təfəkkürlü insan varsa, ona qarşı təxribat qurmaq, ləkələmək, hörmətdən salmaq, evini yıxmaq.

Rauf məhz bu ikinci keyfiyyətinə görə Masallıda, ötən onilliklər ərzində “öz yükünü tutan”, döşünə orden, medalları düzən, bu gün isə “veteran”, “ağsaqqal” kimi özlərini cəmiyyətə sırıyan bir sıra YAP mənsublarına necə deyərlər: hava və su kimi lazımdır.

Raufçikin himayədarları haqqında...

Bu adamın iyrənc, dələduzluq fəaliyyəti ilə zəngin olan həyat yolu barədə aşağıda söhbət açacağıq. Bəs bu şəxsin himayədarları kimlərdir?

Yəqin çoxlarına bəllidir ki, ötən il Rauf Cəbiyevin başqa bir forması olan Mərhəmət Lələyev dələduzluq əməllərinə görə 2 il öncə 3,6 ay, 1 il sonra Ata Abdullayev 7 il, daha sonra isə “qazaxlı Alikin oğlu” Fuad Muradov həbs edildiər. Hər üçü də özünü cəmiyyətə məhz “dövlətçiliyə sədaqətli” fədai kimi təqdim etməyə çalışırdı. Ümumiyyətlə son illərdə əli-ayağı hər yerdən üzülən, maskası yırtılan harada bir dələdüz, haramyeyən, fırıldaqçı varsa xüsusilə sosial şəbəkələr vasitəsilə özləri barədə cəmiyyətdə müsbət fikir formalaşdırmağa çalışırlar. Hansısa dələduzun həbsi, zərəsizləşdirilməsi faciə deyil. Maraq doğuran isə rayonun yüksək rütbəli, “nüfuzlu” şəxslərinin - sabiq icra başçısı Şahin Məmmədovun, başçının sabiq 1-ci müavini Məmmədhüseyn Hüseynovun, RHİB-nin humanitar məsələlər üzrə sabiq müavini Aybəniz Qafarovanın, sabiq Masallı şəhər ərazi nümayəndəsi Əbülfəz Nuriyevin, YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyevin, İctimai Nəzarət Şurasının sədri Əyyub Mehtiyevin belələrini müdafiə etməsidir. Bizdə olan məlumata görə əlavə 2-3 nəfər idarə rəisi, sahibkar da var.

Tərif xəstəsi olan bu şəxslər, öz zəifliklərini, ucuz və mənasız əməllərini “raufçiklər”in arxasında gizlətməyə çalışırlar, belə “sintetik jurnalistləri” əllərində alət kimi saxlayıb, onların vasitəsilə xoşlarına gəlməyən şəxsləri “vururlar”. Necə deyərlər, icra başçısı da daxil olmaqla, burada hər tanınmışın öz “jurnalisti” var. Burada adamın yadına “dostunu göstər, deyim, necə adamsan” məsəli düşür. Əvvəllər hər tanınmışın öz dəllalı, öz “civisi” olurdu, indi az qala hərə öz qoltuğundə mənəviyyatdan uzaq bir şikəst “cırnalist” bəsləyir. Dəqiq statistika aparılsa, ölkədə ən çox jurnalistin həbs olunduğu rayon Masallıdır.

Barəsində ağla girməyən məqamlar

Rauf haqqında əsas detalları sadalamaqdan öncə bir mühüm məqamı xatırladaq ki, bu şəxs beş qardaşı, iki bacısı, bir sıra qohum və kəndliləri ilə düşmən vəziyyətindədir.

Əməlləri ilə hətta rayonun hörmətli şəxslərindən biri olan atası Oğlan Cəbiyevi, böyük qardaşı Güləşir Cəbiyevi şərləyərək məhkəməyə verməklə, mobil telefonu vasitəsilə səsini yazaraq ora-bura ötürməklə çərlədərək öldürüb.

Rauf Cəbiyevin dələduzluq əməllərinin xəritəsi Kolatan - Bakı - Ulyanovsk - Tolyatti - Sankt-Peterburq marşrutu ilə geniş və müxtəlif ünvanları əhatə edir.

Harada yaşamasından asılı olmayaraq bu adam heç bir faydalı işlə məşğul olmayıb, daim “yekərazmer” işlərin qulpundan yapışıb, yüksək rütbəli adamlara “girişib”, “uca zirvələrə” can atıb. Onlara kara gəlib, dəllallıq edib, iş verib, iş görüb.

1975-ci ildə anadan olan, 16 yaşından 20 ilə yaxın Rusiyada dələduzluğla məşğul olan, Tolyatti şəhərində gəncəli Elmir Bəkir oğlu Qənbərov adlı şəxsə 63 min dollar pul “atdığına” görə alçaldılaraq ciddi təzyiqlərə (aşağı ətrafından yuxarı orqanlarına qədər qarnı yırtılıb) məruz qalıb.

Şahidlərin dediyinə görə, o zaman Rusiyada yaşayan, eyni vaxtda 2 oğlu ali məktəbdə oxumasına, qızı nişanlı olmasına baxmayaraq, böyük qardaşı Xodaşirin Cəbiyev gecə saat 3-4 radələrində 2 min dollar borc pul taparaq onu əməliyyat etdirməklə ölümün pəncəsindən xilas etmiş, qan tökülməsin, ata-ana qəhərdən ölməsin, el-hampa qınamasın deyə, 63 min dollar pulun altına girmişdir.

Təhlükənin sovuşduğunu görən Rauf, qardaşını girov qoyaraq tezliklə Tolyattidən Ulyanovsk şəhərinə qaçmışdır.

Rusiyadan gələn xəbərlərə görə orada yaşayan qardaşları öz olan-olmazlarını verərək onu xilas etməsəydilər “banditlər” növbəti dəfə onu öldürəcəklərmiş.

Hazırda Kolatan kənd Seçki məntəqəsinin sədri olan kolatanlı Ağamirzə Müslümov Rusiyanın Tolyatti şəhərində uzun illər yaşayıb və Rauf Cəbiyevin kimə nə qədər atmağının, niyə ağır xəsarət almasının, niyə əməliyyat olunmasının, niyə Rusiyadan qaçmasının və digər əməllərinin canlı şahidlərindən olub.

Rauf Rusiyada dəfələrlə ona-buna atıb və qardaşlarını girov qoyaraq tez-tez ünvanını dəyişib. Harada olmağından asılı olmayaraq daim milis (polis) orqanları ilə, vəzifəlilərlə əlbir işləyib, onların buyuruq qulu olub. Amma əvəzində, gözünə yaxşı dəyməyən və əməllərindən xəbərdar olan yerlilərini, eybini üzünə deyənləri, hətta doğma bacı-qardaşlarını satıb, barələrində donoslar verərək onlara bədbəxtlik gəririb.

Digər bir neçə şəxsə də Rusiyada on min manatlarla fırıldaq gələn, saysız-hesabsız ciddi təhqirlərlə üzləşən, günü-gündən alçalan Rauf Cəbiyev bir neçə ildən sonra Masallıda peyda olaraq, bəd əməllərini indi də başqa qiyafədə və bir ayrı ssenarilərlə davam etdirir, yetənə yetir, yetməyənə bir daş atır.

Bu məqamda bir xalq deyimi yada düşür: əqrəbdən soruşurlar ki, niyə sancmağınla həmsayələrinə amansızlıq edirsən, əzab verirsən? Əqrəb cavabında deyir ki, sancmaq mənim təbiətimdə var, bu mənim peşəmdir.

Bəli, Rauf məhz əqrəb xislətli mənfur məxluqdur, istəsə belə, düzələn deyil. O, insanlara işgəncə, əzab verməkdən, onlara bədbəxtlik gətirməkdən ləzzət alan əsl manyakdır. Biz hələ onun aranı qarışdırmaq, xəbər gəzdirmək və uydurmaq, təxribatlar törətmək yolu ilə neçə-neçə ailələri dağıtmağından söhbət açmırıq və bu tamamilə ayrı bir yazının mövzusudur. Ona dərindən bələd olanlar deyirlər ki, Rauf elə bir həyasız böhtançı, şarlatan, sehirbazdır ki, oğurladığını əlində tutsan belə, ona heç nəyi sübut etmək mümkün deyil.

Rusiyadan vətənə qayıtdıqdan sonra Rauf Bakıda bir müddət “taksovatlıqla” məşğul olub, amma nəticədə, ağzında Rusiyadan gətirdiyi qızıl dişləri qurban verib. Deyilənlərə görə, yəni pul atdığı adamlar onu qızıl dişlərini çıxartdırıb satmağa məcbur ediblər.

Bu adam harada olubsa, bəd əməlləri ilə daim gündəmdə olub.

Adi bir misal: Rusiyada onunla eyni vaxda yaşayanlar deyirlər ki, 1999-cu ildə Ulyanovsk vilayətinin qubernatoru Yuru Froloviç Qoryaçev hər həftənin şənbə günləri televiziya vasitəsilə keçirdiyi “Səhər görüşləri”nin “canlı yayım”larından birini məhz Raufun bəd əməllərinə həsr edib, onu Ulyanovskdan qovub. Hüquq-mühafizə orqanlarına tapşırıb ki, “razberites s etim priyezjim!” (bu gəlmə ilə məşğul olun!).

Nəticədə Rauf RF-nın xarici vətəndaşlıq pasportunu 5 min dollar borclu olduğu “bandit uşaqlara” verərək, qardaşlarını növbəti dəfə girov qoyaraq, 09.01.2000-ci il tarixdə təqribən səhər sübh saat 04-05.00 radələrində Azərbaycan-Rusiya sərhəddini qeyri-qanuni yolla keçərək vətənə qayıdıb.

Şahidlərin dediyinə görə həmin vaxt onun üst-başı, əl-ayağı, pal-paltarı sərhəd tikanlı məftillərinə ilişərək cırıq-cırıq olubmuş. Qardaşları Ulyanovskda “banditlər”lə birtəhər düzəlişərək, Raufun pasportunu geri alırlar.

Pasportu geri qaytarılandan sonra üz tutur RF-nın Sankt-Peterburq şəhərinə. Orada əvvəlcə tamada kimi fəaliyyətə başlayır, toylarda ona-buna atmacalar atır, əvəzində söyüşlər, təhqirlər eşidir. Uğursuz tamadalıqdan sonra biznes fəaliyyətinə başlayır və 2 kolatanlıya (adlarını subyektiv səbəblərdən açıqlamasaq da, bütün kənd sakinləri məsələdən halidir) əməlli-başlı “ataraq” yenə Masallıya qayıdır. Bir müddət Bakıda, orda-burda veyillənir, yenə də iştah ona güc gəlir və bu dəfə Prezident Administrasiyasında işləyən birinə pul atır. Bakıdan Kolatana həmin əhvalatla bağlı “avtoritetli bir heyət” gəlir, Rauf tövlədə heyvan axurunun altında gizlənir. Valideyinləri isə gələn “qonaqlara” Rauf adlı övladlarının olmadığını bildirirlər. Bir müddət kənddə valideynlərinin gününü qara etdikdən sonra o yenidən Bakıya qayıdır. Amma bu dəfə daha geniş proqram və layihələrlə. Bu barədə bir qədər sonra.

Mirzə Natiq