Tezliklə ağ gö...lə, qara gö... bilinəcək...
İki gün öncə “7GÜN XƏBƏR”də (7gun.org) Bank Respublikanın Masallı Filialının arxasında qırmızı kitaba düşən nadir ağac növlərinin bir qisminin kəsilib, qalan bir qisminin də bundan sonra kəsiləcəyi və yerində “Prospekt” Ticarət Mərkəzinin əlavəsinin tikiləcəyi barədə yazı dərc etmişik. Bildirmişik ki, ticarət mərkəzi hazırda Rusiyada ticarətlə məşğul olan Üzeyir Salayevə məxsus olsa da, lakin hazırda bütün işlərə onun qardaşı oğlu Vüsal Salayev başçılıq edir. Bizim həmin yazımızdan sonra “Prospekt MMC”-nin rəhbəri Vüsal Salayev bizim barəmizdə Medianın İnkişafı Agentliyinə müraciət edib. Əslində burada bir qəbahət görmürük. Sadəcə o, öz qanunsuz işlərini pərdələmək istəyib ki, bu da mümkün deyil. Ona görə ki, bizim həmin yazıda qaldırdığımız məsələlər başdan-başa həqiqərdir. Ən azından bunu bazardan yolu keçən hər kəs görür və bilir.
Zahir Amanov un rəhbəri olduğu “Cənub Xəbərələri” qəzetinin saytında da dərc edilən müraciətdə Vüsal Salayevin adından belə bir cümlə yazılmışdır: Ölkəmizdə pirat, oğurluq sayt kimi fəaliyyət göstərən 7gun.org rəhbərlik etdiyim təşkilatı ardıcıl olaraq gözdən salmaqla məşğuldur. Əslində bu yazının kim(lər) tərəfindən yazıldığını biz yaxşı bilirik. Sadəcə hazırda mövzu bu olmadığı üçün bizə hələlik yazının müəllifi maraqlı deyil.
Vüsal Salayev, ümumuyyətlə, sən piratçılığın və oğurluğun nə olduğunu bilirsənmi? Əslində sənə veriləcək sualların sayı kifayət qədər çoxdur. Ancaq dəqiq bilirəm ki, sənin hətta ən sadə suallara cavab verə biləcək savadın yoxdur. Ona görə özümü çox da yormaq istəmirəm. Çünki hazırda mənim səndən daha çox-çox vacib işlərim var.
Sən elə bilirsən ki, biz sənin pis niyyətini anlamırıq? Müraciətində yazırsan ki, məqsədimiz ölkə başçısının göstərişlərindən və Masallı rayon icra hakimiyyəti başçısının yaratdığı münbit şəraitdən faydalanaraq doğma Masallımız üçün faydalı işlər görməkdir. Başa düşmürəm. Ölkə rəhbərliyi sənə və sənin kimi işbazlara deyibmi ki, gedin öz məqsədlərinizə çatmaq üçün ağacları kökündən kəsərək ekologiyanı və təbii sərvətləri darmadağın edin? Belə bir göstəriş olubmu? Əlbətdə ki, olmayıb. Ölkə ərazisində ağac əkmək və yaşıllıqlar salmaq üçün hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Ancaq sənin kimilər o ağacları məhv edir. Xatırlayırsanmı mərhum Heydər Əliyev ağacları kəsənlər baərsində nə demişdi? Dəqiq bilirəm ki, xatırlayırsan! O zaman niyə ağacları məhv edib ekologiyamıza və təbii sərvətlərimizə ziyan vurursan? Sənin pis niyyətini başa düşmək olar. Görəsən aiddiyatı dövlət orqanlarının məsul şəxsləri sənin elədiklərini görmürlərmi? Görürlər, sadəcə maraqları olduğu üçün susurlar.
Vüsal Salayev, sənin rayon üçün faydalı işlərlə məşğul olduğunu sübut etməyə çalışırsan. Ancaq Bank Respublikanın Masallı Filialının arxasında qırmızı kitaba düşən nadir ağac növlərinin bir qisminin kəsib, qalan bir qismini də kəsməyə fürsət axtarırsan. Hansı faydalı işldən söhbət gedə bilər? deyə bilərsənmi?
Sən deyə bilərsənmi Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin əməkdaşları niyə sizin tikintini dayandırmışdı?
Vüsal Salayev, sən özün-özünü tanımasan da, lakin çoxları səni və sənin əmin Üzeyir Salayevi yaxşı tanıyır. Sizin hansı qara-qura işlərlə məşğul olduğunuzu hamı bilir. İndi sənin kimi birinin bizi ləkələməyə cəhd etməsinə sadəcə gülürük.
Yazdırırsan ki, 7gun.org Masallıda suyu niyə bulandırır? Biz sadəcə həqiqiətləri deyirik və deyəcəyik də... Təbii ki, bu da sizlərin xoşuna gəlmir. Biz sizdən fərqli olaraq alnı açıq, üzü ağıq.
Bildiririk ki, “Prospekt”MMC-nin rəhbəri Vüsal Salayev və onun maliyyə dəstəklçisi olan Üzeyir Salayevlə bağlı “7GÜN XƏBƏR”də dərc edilən material tam, başdan-başa həqiqətdir. Onların fəaliyyətində qaranlıq məqamlar var ki, biz yaxın günlərdə bu mövzuya qayıdacağıq.
Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələ ilə bağlı sorğumuza cavab verməyiblər. İnanırıq ki, bu günlərdə hər iki dövlət qurumu Masallı rayonunda qanunsuz tikli və ağacların taleyi ilə bağlı bizə əsaslandırılmış cavab veriləcək.
Biraz səbr edək. Çox maraqlı məlumatlar əldə etmişik.
Tezliklə ağ gö..., qara gö...bilinəcək...
Mövzunu davam etdirəcəyik.