BNA-nin idarə heyətinin sədri Vüsal Kərimli həbs olunacaq?


Məlum olduğu kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirib.

Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məzuniyyətdə olduğunu bildirib. O, özü ilə bağlı hələlik hansısa problemin olmadığını deyib.

İndilərdə etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Vüsal Kərimli də həbs ediləcək. O, rüşvət və dövlət vəsaitlərini mənimsəməklə özünə çox geniş sərvət toplayıb. Vüsal Kərimlinin bahalı əmlaklarının çoxu xarici ölkələrdədir. Bu barədə daha ətraflı məlumat verəcəyik.