Masallıdakı qanunsuz tikiliyə kim(lər) razılıq verib?- Maraq nədir?


Demək olar ki, hər gün ya mətbuatda, ya da sosial şəbəkələrdə ekologiya və təbii sərvətlərin məhv edilməsi barədə yazılara rast gəlmək olur. Ancaq aidiyyəti dövlət orqanları, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi olanlardan xəbərdar olduqları halda heç bir tədbir görmürlər. Belə məlum olur ki, bütün bu kimi işlərdə başda nazir Muxtar Babayev olmaqla, nazirliyin digər vəzifəli şəxslərinin birbaşa marağı var.

Bank Respublikanın Masallı rayon Filialının arxasında "Prospekt" Ticarət Mərkəzinin əlavəsi tikilir. Ticarət mərkəzinin tiklməsi çox yaxşı haldır. Bu, yeni iş yerlərinin açılması deməkdir. Ancaq narahatlıq doğuran məqam odur ki, tikinti aparılan ərazidə qırmızı kitaba düşmüş nadir ağac növləri vardır. Həmin ağacların bəziləri hələ tikinti başlayan ərəfədə kəsilib. Bəziləri də tikinti mərhələsində kəsilməlidir. Bunun başqa yolu yoxdur. Ağacların kəsilmədiyi təqdirdə tikinti aparmaq mümkün olmayacaq. Çünki həmin ağaclar tikintinin aparılmasına çox ciddi maneə yaradır. Təqdim etdiyimiz fotolardan da görünür ki, ağaclar tikintinin içində qalıb.

Tikintinin kim(lər) tərəfindən aparıldığını öyrənmək üçün rayon sakinləri ilə söhbətləşdik. Bizə bildirildi ki, həmin ticarət mərkəzi hazırda Rusiyada yaşayan əslən Masallı rayon Yeddioymaq kəndindən olan biznesmen Üzeyir Salayevə məxsusdur. Onun özü ölkəyə çox nadir hallarda gəlir. Üzeyir Salayevin buradakı bütün işlərini qardaşı oğlu Vüsal Salayev aparır. Qeyd edək ki, sonuncu rayonda Hacı Adna kimi tanınan Adna Salayevin oğludur.

Sakinlər Üzeyir Salayevin rayon ərazisində bir neçə obyektinin olduğunu da dedilər. Onun Rusiyyada qara-qura işlərlə məşğul olduğuna dair çox ciddi məlumatlar dolaşır. Onlar ancaq araşdırıldıqdan sonra bu barədə ətraflı məlumat verməyə çalışacağıq.

Tikilməkdə olan ticarət mərkəzi ilə bağlı rayon sakinlərindən onu da öyrəndik ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sırf bu məsələ ilə bağlı həmin ərazidə olub. Tikinti qanunsuz olduğundan əraziyə lent vurulub. Hətta tikilinin ikinci mərtəbəsi də sökülüb. Ancaq belə bir məlumat da var ki, artıq hansısa yollarla "razılaşma" əldə edilib və yaxın günlərdə tikinti davam etdiriləcək.

Belə çıxır ki, iş icraçısı Vüsal Salayev orda-burda "Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin rəhbərliyi qanunsuz tiklinin qanuniləşdirilmısi üçün bizdən 500.000 manat pul istəyir. Əmim Üzeyir Salayev məbləğin çox olduğunu deyir. Ancaq başqa çıxış yolumuz olmadığından məcburuq ki, deyilən məbləği verək" deməsi doğru imiş.

Bank Respublikanın Masallı Filialının arxasında aparılan tikinti işləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərilib. Hələlik nazirlik bizim sorğumuza cavab verməyib.

Mövzunu diqqətdə saxlayacağıq.

Aygün

Masallıdakı qanunsuz tikiliyə kim(lər) razılıq verib?- Maraq nədir?
Masallıdakı qanunsuz tikiliyə kim(lər) razılıq verib?- Maraq nədir?
Masallıdakı qanunsuz tikiliyə kim(lər) razılıq verib?- Maraq nədir?
Masallıdakı qanunsuz tikiliyə kim(lər) razılıq verib?- Maraq nədir?