Ədliyyə Naziri ilə Penitensiar Xidmətin rəisi niyə bir-birinə "girib"?


Hələ aylar öncə hakimiyyətin ədliyyə orqanlarında ciddi kadr islahatlarına başlayacağı bildirilirdi. İslahatlar çərçivəsində böyük fiqurların öz işlərini itirəcəyi deyilirdi. Siyahının başında Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun adı var imiş.

Bu sözlər 7GÜN TV adına istinadən yayılmış yazıda qeyd edilib. Həmin yazı bir neçə gün öncə sosial şəbəkədə qarşıma çıxdı. "Ədliyyə Naziri ilə Penitensiar Xidmətin rəisi bir-birinə "girib"?" Yazının başlığı diqqətimizi çəkdi. Açıb nə görsək yaxşıdır? Yazı 7GÜN TV-yə, yəni bizim saytımıza istinad yayımlanıb. Halbuki bizim saytda belə bir yazı yoxdur və heç vaxt olmayıb. O zaman bu hardan ortaya çıxdı? Bunun təxribat olduğunu düşünürük.

Bilənlər bilir ki, bizim sayt məmurları ən sərt şəkildə tənqid edir. Bu səbəbdən də bizə qarşı hər cür təxribatın olacağını həmişə gözləyirik. Ancaq belə ucuz yola əl atılacağı ağlımıza gəlməzdi. Yazını bizim adımızdan yazıb, sonra da bəzi saytlar vasitəsi ilə onu tirajlayıblar. Görəsən həmin saytlar hardan və kimlər tərəfindən idarə olunur? Hazırda bu istiqamətdə araşdırma aparırıq. Tezliklə ətraflı məlumat verəcəyik.

7GÜN TV olaraq bunu təxribat kimi qiymətləndiririk. Biz, hansısa yüksək vəzifəli şəxslərin nəzarətində olan təxribatçı medianı səhv yoldan çəkindirməyə, jurnalist adına ləkə gətirməməyə çağırırıq.