Əhmədzadənin özündən 14 yaş kiçik ... (FOTO)


Lüks həyatını, məşurlarla dostluğunu sosial şəbəkələr vasitəsi ilə gündəmə gətirməkdən çəkinməyən, SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin sabiq rəisi Adnan Əhmədzadənin ikinci Həyat yoldaşı Gülsəfa Cəfərova sabiq hüquq təmsilçisinin qızı imiş.

7GÜN XƏBƏR xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, son dönəm daha çox işi adamı kimi təqdim edilən (etdirən) Adnan Əhmədzadənin xanımı hüquq siyasəti şöbəsinin müdir müavini Osman Cəfərovun qızıdır.

Osman Cəfərov 2022-ci ildə dünyasını dəyişib. O.Cəfərov əslən Qazaxın Şıxlı kəndindən olub. Mərhum gənclik illlərində təhsil almaq üçün Bakıya gəlib və bundan sonra ömrünün qalan həyatını paytaxtda yaşamağa davam edib. Onun övladlarından 1992-ci il təvəllüdlü Gülsəfa Cəfərova İngiltərədə təhsil alıb.

Cütlüyün tanış olma hekayəsi də elə orada baş verib.

Son zamanlar cütlük hər yerə birlikdə gedir, istər Kann Film Festivalında “The İdol” filminin premyerasında, istərsə də digər dünya səviyyəli şəxslərin evlərinə qonaq gedərkən birlikdə boy göstərirlər.

Adnan Əhmədzadənin sosial şəbəkədəki paylaşımlarından da görünür ki, o, məftunedici həyatında güzəştə getmir.

Qeyd edək ki, A.Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, “SOCAR-Trading”ə rəhbərlik edib. Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır.

Xatırladaq ki, Adnan Əhmədzadə lüks həyatını əks etdirən görüntüləri şəxsi instagram hesabında paylaşır. Mətbuatda Əhmədzadələr ailəsinin Azərbaycanın milyardlarını, neftinin hesabına necə milyonçu olduğunu əks etdirən saysız-hesabsız məqalələr var. Bu görüntülərlə A.Əhmədzadə birdən-birə və hansı yollarla varlandığını əks etdirən məqalələri təsdiqləmiş olur.
Əhmədzadənin özündən 14 yaş kiçik ... (FOTO)
Əhmədzadənin özündən 14 yaş kiçik ... (FOTO)
Əhmədzadənin özündən 14 yaş kiçik ... (FOTO)