Sən bu qədər vəsaiti necə əldə etmisən, İlqar Mahmudov?


Buna görə heç kim İlqar Mahmudova "gözün üstə qaşın var" deyə bilmirmiş.

Şəkildəki bu şəxs İlqar Mahmudovdur. O, hələ gənc yaşlarında sabiq nazir Misir Mərdanovun köməkçisi, daha sonra bir neçə il Bakı Humanitar Kollecin direktoru olub. İlqar Mahmudov direktor olduğu illərdə təhsil ocağında rüşvət və korrupsiya ayaq açıb yeriyirmiş. Gəl ki, buna görə heç kim İlqar Mahmudova "gözün üstə qaşın var" deyə bilmirmiş. Çünki onun havadarları yüksək postlarda təmsil olunurmuş. İlqar Mahmudov həmçinin özünü sabiq MTN şefi Eldar Mahmudov yaxın qohumu kimi də təqdim edirmiş. Beləliklə məsuliyyətdən kənarda qalan İlqar Mahmudovun hazırda Elm və Təhsil Nazirliyində yüksək vəzifədə çalışdığı deyilir.

Bu arada etibarlılığına şübhə etmədiyimiz mənbənin sözlərinə görə bir neçə gün öncə İlqar Mahmudovun bağ evindən 250.000 min manat pul oğurlanıb. Oğruluq edən şəxsin ailəyə yaxın olduğu deyilir. Elə buna görə də İlqar Mahmudov baş verən hadisə barədə hüquq mühafizə orqanlarına müraciət etmədiyi bildirilir. Ancaq başqa bir məsələ də ola bilər ki, o, qorxduğu üçün həmin oğurluq hadisəsi barədə hüquq mühafizə orqanlarına məlumat verməyib. Çünki sorğu-sual oluna bilərdi ki, sən bu qədər vəsaiti necə əldə etmisən, İlqar Mahmudov?

İlqar Mahmudovun saysız-hesabsız obyektləri, paytaxtın müxtəlif yerlərində mənzilləri, bağları və lüks avtomobillərinin olduğu barədə məlumatlar var. Heç şübhəsiz ki, o, bütün bunları halal pulu ilə deyil, rüşvət və dövlətin vəsaitlərini mənimsəyərək əldə edib.

7GÜN TV-yə İlqar Mahmudovla bağlı bəzi ilginc məlumatlar göndərilib. Biz hazırda onları araşdırırıq və tezliklə ətraflı məlumat verməyə çalışacağıq.

Aygün Asifqızı