Şöbə rəisi ilə bağlı İLGİNC İDDİALAR... - "Kərəm Həsənov dönəmində olduğu kimi..."


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyev xidmətdəki mövqeyindən, nüfuz və səlahiyyətindən istifadə edərək çalışdığı qurumu sözün həqiqi mənasında bazara çevirib.

Strateji planlaşdırma şöbəsinin rəisi olan İlqar Həbiyev bütün strateji planlaşdırmaları yalnız öz şəxsi maraqları və ailə büdcəsi baxımından həyata keçirir. Belə ki, tutduğu vəzifədən istifadə edərək milyonlarla manatlıq nəhəng sərvətə yiyələnən İlqar Həbiyev, bu gün də vətəndaşların haqlarını tapdalamaqda, onun maddi marağını təmin etməyən şəxslər üçün süni problemlər yaratmaqdadır.

Məlumat üçün qeyd edək ki, sabiq Komitə sədri Kərəm Həsənovun əsas kadrlarından biri olan ilqar Həbiyevin qanunsuz əməlləri ilə bağlı ölkə mətbuatında bugünə kimi bir sıra məlumatlar yer alıb. Həmin məqalələrin birində İlqar Həbiyevlə yanaşı onun qardaşı Adil Həbiyevin törətdiyi qanunsuzluqlardan ətraflı bəhs edilib. Məqalədə haqlı olaraq qeyd edilib ki, İlqar Həbiyev çalışdığı dövlət qurumunu ailə təsərrüfatı kimi idarə edir və bundan fantastik məbləğdə pullar əldə edir.

Maraqlıdır ki, Kərəm Həsənov dönəmi başa çatsa da, İlqar Həbiyev hələ də köhnə əməllərindən əl çəkmiş deyil. Əksinə, bu qurumda çoxdan çalışması səbəbi ilə özünü Əmlak Məsələləri Dövlət Xidmətinin ən qocaman əməkdaşı sayan İlqar Həbiyev hesab edir ki, bu qeyri-rəsmi status onun rəsmi qaydaları pozması, qanunun tələblərinə arxa çevirməsi üçün yetərlidir.

Bu səbəbdən də Kərəm Həsənov dönəmində olduğu kimi bu gün də dövlət maraqları üçün deyil, yalnız və yalnız ailə büdcəsi üçün tər dökən İlqar Həbiyev vəətndaş pullarını eyni iştahla həzm etməkdədir.

Mənbə: DİA.az