Masallıda baş verən özbaşınalığa Ədliyyə Nazirliyi niyə susur...?


H.Abıyev: "Fikrət Məmmədovdan cavab tələb edirəm!"

Masallı rayon İcra şöbəsinin əməkdaşının qanunları tanımaması bir çox problemə səbəb olub. İcra əməkdaşı Amid Hüseynov rəhbəri Şölət Şahverdiyevdən aldığı əmri icra edərkən Məhkəmə qərarının icrasını deyil qeyri etiq yollara əl atması bir mənalı qarşılanmayıb. Məhkəmə qərarına aidiyyatı olmayan müəllimin şəxsiyyətinə toxunaraq onu azyaşlını aldadaraq icra şöbəsinə gətirən şəxs kimi əhali arasında adının halanmasına səbəb yaradıb.

Bununla bağlı Hamlet Abıyev və azyaşlının nənəsi açıqlamalar verib. H.Abıyev Ədliyyə nazirliyinin məsələyə susmasına birmənalı baxmadığın qeyd edib. Ədliyyə Naziri yerli qurumlarının icrasını təftiş etməklə icra məmurlarının qanunları deyil qanundan kənar yollara əl ataraq kimlərinsə rüşvətinin qarşısında acizlik gösterməsinə susmamalıdı. Əslində bunların 1600 manat qarşılığında Məhkəmə qərarında adı belə keçməyən Mənim məsələyə tələ quraraq daxil edərək adımın ləkələnməyimə atılan addıma görə məsul şəxslərin cəzalanması təmin edilməlidir. Lakin bu gün Ədliyyə nazirliyinin sözçüləri susaraq sükunətin qoruyur. Media tərəfindən dəfələrlə məsələ ictimailəşsədə nazirlik məsələyə münasibət bildirmir.

Yazıda adı çəkilən tərəflərin mövqeyn dərc etməyə hazırıq.

Mənbə: "Baku News"