Heydər Abıyev qələt edib, başını daşa döyər


Mən, 7GÜN XƏBƏR-in həmtəsisçisi kimi sabiq Nəqliyyat Naziri Ziya Məmmədovun bacısı, Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini Məhbubə Məmmədovanın kürəkəni, Dövlət Təhlükəsizliyi Xidmətinin Samux rayon Şöbəsinin rəisi Heydər Abıyev barəsində Əli Nağıyevə açıq müraciət edərək, ona bəzi məsələləri çatdırmaq istəyirəm.

Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidmətinin Samux rayon Şöbəsinin rəisi Heydər Abıyevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəisin birinci müavini olmaq üçün 5 milyon pul verdiyini yazmışdıq. O, bu məlumatın silinməsi üçün çox canfəşanlıq elədi, hətta bizim sosial şəbəkələrdəki hesablarımıza hədələyici mesajlar yazdırdı. Heç şübhəsiz ki, bu heç bir halda bizi narahat etmir, etməz də... Mən bir neçə ildir başqa bir ölkədə yaşayıram. Heydər Abıyev və onun havadarları istəsələr belə mənə burda heç nə edə bilməzlər. Bu mümkün deyil. Yəni, belə təhdidlər mənim üçün adi bir şeydir. Heydər Abıyev qələt edib, başını daşa döyər. Hələ üstəlik...!

Məni narahat edən odur ki, bizimlə könüllü əməkdaşlıq edən bəzi şəxslər var. Məni narahat edən onların taleyidir. Heydər Abıyev və ya onun havadarları tərəfindən əməkdaşlarımıza qarşı hansısa formada təxribat ola bilər ki, bütün bunlar barədə əvvəlcədən Əli Nağıyevi məlumatlandırmaq istəyirəm.

Mənim özümə də çox maraqlıdır ki, DTX-nin Quba rayon Şöbəsinin rəisi olanda qaz və su borularını, eləcə də elektrik xətlərini oğurlayıb satanlara havadarlıq etmiş, həmçinin işində başqa nöqsanlar olduğu üçün Mədət Quliyev tərəfindən işdən qovulmuş Heydər Abıyev necə işə qayıtdı? Belə bir ləyaqətsiz adamın yüksək vəzifədə nə işi var? Yəqin ki, Əli Nağıyev Heydər Abıyevi dərindən tanımır.

"Dağ yəhudiləri" dini icmasının sabiq sədri Boris Simanduyevin evindən quldurluq yolu ilə külli miqdarda pul götürməkdə ittiham edilən şəxslərlə hansı əlaqələri olub? Bu və digər qanunsuz hərəkətlərinə görə xeyli müddət işsiz qalan Heydər Abıyevi sonradan DTX-nin Samux rayon Şöbəsinə rəis təyin edilməsində kim dəstək verib?

Bir-iki gün başım çox qarışıq olacaq. Ondan sonra Heydər Abıyev barəsində çox ciddi faktları mətbuat vasitəsilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti nin rəisi Əli Nağıyevə çatdırmağa çalışacam.

Fərid