Heydər Əsədov ali məktəb rektoru təyin edilib


Prezidentin sərəncamı ilə Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinə təyin edilib.

Əsədov 2013-2018-ci illərdə kənd təsərrüfatı naziri vəzifəsini tutub. Ondan əvvəl Hesablama Palatasının rəhbəri olub, daha əvvəl isə Dövlət Xəzinəsinə rəhbərlik edib, eyni zamanda maliyyə nazirinin birinci müavini olub.

2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkilərindən sonra İlham Əliyev onu yeni hökumətin tərkibinə daxil etməyib.