Mingəçevirə yeni başçı təyin edilib


Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə İlham İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Buna qədərsə İ.İsmayılov Mingəçevir icra başçısının birinci müavini olub.

Mingəçevirin əvvəlki icra başçısı Niyazi Bayramov bu ilin avqustunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.