Nazir Vilayət Eyvazova göstəriş verəsiniz ki...– MÜRACİƏT


Ağsu rayonu, Ərəbuşağı kədində yaşayan Məhəmməd Dadaşov tərəfindən Prezident İlham Əliyevə, Prezidentin köməkçisi Fuad Ələsgərova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və digər bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə Ağsu rayon Pois Şöbəsinin rəis müavini Vüsalın dəstəsilə oğlu Ceyhun Dadaşova qarşı apardığı şər kampaniyası və digər qanuna zidd hərəkətləri barədə müraciət unvanlanıb.

7GÜN XƏBƏR "Aktual info"ya istinadən vətəndaş Məhəmməd Dadaşovun müraciətini olduğu kimi təqdim edir:

Mən, təqaüdə çıxanadək Ağsu rayonun Ərəbuşağı kəndin orta məktəbində müəllim işləmiş və gənc nəslin təlim tərbiyəsilə məşğul olmuşam. Elə evdəki övladlarımı da düzgün tərbiyələndirmişəm.

Çox təəssüflər olsun ki, oğlum Ceyhun 2022-ci ilin yanvarında evini girov qoyaraq “Yelo Bank”dan 30 000 manat kredit götürmüşdür ki, təsəsrüfat qurub ailəsini dolandırsın. Bundan bir neçə ay sonra xəbər tutan Ağsu rayon Polis Şöbəsinin “Qəmlosu” hesab olunan rəis müavini Vüsal oğlumu şərləyib onun kredit götürdüyü pulu ələ keçirmək istəyir. Plan qurulur və 2022-ci ilin iyulun 14-də saat 18-də Ceyhunun tanımadığı tel. nömrəsindən ( 051 422 89 73) onun 051 337 30 10 nömrəsinə bir qadın əvvəlcə cazibədar şəkil atır. Guya başqa bir qızla yazışırmış və soruşur: Bunu bəyənirsən? Oğlum cavab verib ki, səhv düşmüsünüz. xanım. Qız qeyd edib ki, mən Kürdəmir rayonun Yenikəndində gözəllk salonu işlədirəm. Gəl sabah Ağsu aşrımında çay içək. Oğlum razılaşıb ki, bu adamla görüşüb onun telefonunu kimdən əldə etdiyni öyənsin. İyulun 15-də saat 13-də adını bimədiyi həmin qız ( sonradan öyrənib ki, Osmanova İlahədir) Ağsu şəhərinə gəlib mənim TUKSON makalı, 06 BD 922 nömrəli avtomobiimin arxa oturacağına əyləşib. Onlar 8-10 dəqiqədən sonra Ağsu aşırımı 4-cü dolayına çatanda yolda dayanmış VAZ 2107 markalı, yaşıl rəngdə, 06 — 909 nömrəsi olan şəxsi avtomobildən düşən iki nəfər Ağsu PŞ-nin polis çavuşları dərhal Ceyhunun avomobilini saxlayıb Ağsu Polis Şöbəsinə getməlsən deyiblər. 10 dəqiqə sonra Polis PPX maşını gəlib və Ceyhunu Ağsu PŞ-nə aparıblar. Oğlumu əvvəlcə rəis müavini Vüsalın otağına gətiriblər. Qızı isə buraxdılar ki, evinə getsin. Vüsal əvvəlcə oğlumu o ki var təhqir edib. Sonra deyib di ki, ” yaxşı düşmüsən əlimə.Tapşırmşdım amma gətirmirdilər yanıma. Sonra Vüsal uçastkovuya tapşırıb ki, bunu sənədləşdirin, sutka verin salın reşotkaya. Onu reşotkaya salıblar. Səbəb də guya o qızla harasa gedirmiş. Vüsal oğlumu hədələyib ki, qızın ailəsini üzünə durquzacağam. Səni el içində biabır edəcəyəm. TV-ni dəvət edəcəyəm və s. Hədə qorxular.Və qarşıığında təkif edib ki, 10 min manat ver, çıx get. Oğlum da deyib ki, axı bankdan götürdüyüm pulun hamısını xərcləmişəm, yoxumdur. Nəhayət Vüsal 5000 manat tələb edib. Və deyib ki, bu 5000 manatdan1 qəpik keçməyəcəm. Dərhal da Post patrul əməkdaşı olan Anar yanına gəlib təklif edib ki, 5000 manatın yoxdursa biz faizlə təşkil edə bilərik. Narahat olma. Yəni, rəis müavinin, DYP rəisinin, Post patrul Anarın və Kürdəmirdən təşkil etdikləri İlahə Osmanova adlı küçə qadını hamısı əlbir olub düşüblər Ağsuda kimin bir balaca əlində pul varsa şərləmə qurub əlindən almaqla məşğul olyurlar. Həmin günü 2 saatdan sonra yaxın qohumumuz gəlib evdə dedi ki, Ceyhunu polisdə saxlayıblar bəs 5000 manat istəyirlər. Mən də qara günüm üçün illər uzunu yığıb saxladığım 4000 manat pulu gətirirb Vüsala otağıda vermişəm. Bundan sonra oğlumdan izhat almadan avtomobilinə hansısa cərimə protokoluna imza atmaqla 51 manat cərimə yazıb buraxıblar. Ağsu PŞ-in rəis müavini Vüsal oğlumun tanımadığı və özünün öyrətdiy hansısa qıza görə oğlumu şərləyb hədə-qorxu gəlməklə aldığı 4000 manat rüşvətin qaytarılmasına görə Ceyhun 30 iyul 2022-ci ildə yuxarı orqanlara çoxsaylı şikaytlər yazmışdı. Yuxarıdan olan göstərişlərdən sonra araşdırmalar başladı. Bir tərəfdən Ağsu rayonun dünya çempionu Fərid Mansurovun prokuror qardaşı məni dəvət edib təzyiqlər göstərdi polisdən şikayət etdiyimə görə, digər tərəfdən Ağsu rayon DYP-nın rəisi olan polis Bəxtiyar oğlumu yanına dəvət edib bildirib ki, əgər şikayət yazmayıb yanıma gəlsəydin pulunu hissə hissə geri qaytaradıq. Bundan soruşan gərək ki, sən nə düşmüsən ortalığa? Dəflərlə Vüsalın qəbuluna düşüb pulunu geri istəmək istəyib, amma Vüsal onu qəbul etməyib. Biz onları da sonradan eşitdik ki, Ağsu PŞ-nin rəis müavini Vüsal özünün üzdəniraq dəstəsilə təkcə oğlum Ceyhuna qarşı şərləmə kampaniyası ilə 4000 manatını almayıb. Eləcə də Ağsu rayon Mərkəzi Xəstəxanasının ekspertiza həkimi olan Zahidi də eyni qaydada həmin Kürdəmirli İlahə Osmanova ilə şərləyərək 7000 manat pulunu aldığına görə ( və digər imkanlı şəxsləri) Zahid də ona qarşı təşkil olunmuş bu polis dəstəsinin dələduzluğundan yuxarı orqanlara şikayətlər etmişdir. Budur, Zahidin iddiası üzrə məsələ araşdırmalardan sonra hüquqi qiymət verilməsi üçün Ağsu rayon Məhkəməsinin icraatına verilmişdir. Oğlum Ceyhun da bir şahid kimi məhkəməyə dəvət edilmişdir. Eləcə də qonşu kənddə şəhid ailəsi, ocaq yandırdığına görə yenə Vüsalın dəstəsi gedib oğlanı ekologiyaya zityan vurduğöuna görə 1000 manat cərimə adı altında pulunu almışdır. Digər ağsulu öz erkək davarını yük maşını ilə Ağsu şəhərinə gətirib qəssaba təhvil verdiyinə görə də iki qardaşı şərləyib 10 000 manat pullarını almışlar. Belə misalları çox çəkmək olar. İndi Ağsu PŞ-nin əvvəlki rəisi Qəbələyə rəis təyin olunub. Vay Qəbələ camaatının halına ki, bir neçə gündən sonra rəis Vüsalı Qəbələ rayon Polis Şöbəsinə “işlərini” davam etdirmək üçün özünə müavin aparmağa hazırlaşır. Bu günə kimi oğlum Ceyhunu aldada aldada saxlayıblar ki. bir də şikayət etmə, yoxsa Vüsal sənin qanını içər. Ona görə də mən xalq müəllimi və bir ata olaraq şikayət edirəm ki, uzun illərdir ki, qəpik-qəpik yığdığım 4000 manat pulu polis rəisinin müavini dərhal gətirib qaytarsın. Mən bir neçə gün əvvəl bu adamın qəbuluna düşdüm. Çox əsəbiləşmişdim ki, niyə oğlumun pulunu qaytarmırsınız. Yenə dedi ki, ağsaqqal narahat olma hissə-hissə qaytarılar. Qabağıma çay qoyub başımı aldatmaq istədi. Mən əlimlə onun qoyduğu stəkan çayı vurub dağıtdım və otağı tərk etdim.

Cənab Prezident Ağsu PŞ-nin rəis müavini Vüsal məinim oğlum kimi indiyədək rayonda çox adamara tələ qurub və özünə 150 000 manatlıq Rang Rover avtomobili alıb. Başqa çoxsaylı əmlaklarını demirəm. Hesab edirəm ki, Vüsal kimi belə polis zabitləri Sizin uğurlu siyasətinizə kölgə salır. Xalqımızın Sizə inamına Vüsal kimilər kölgə salırlar. Ona görə də raynumuzun saknləri pois özbaşnalığına görə dövlətə inanmırlar. Xahiş edirəm nazir Vilayət Eyvazova göstəriş verəsiniz ki, beləsinin son illərdəki, fəaliyyətinin yoxlanmasna ( eləcə də səs yazılarının yoxlanmasına) göstəriş verəiniz.