Deputatın atası, həbsdəki icra başçısının əmisi oğlu… -Gəncə Dövlət Universitetində nələr baş verir?


“Gəncə Dövlət Universitetin (GDU) adı gələndə ağıla gələn ilk şey qanunsuzluq və təhsilsizlikdir. Universitetin elmi potensialı cox geniş olduğu halda orta əsir təfəkküründən fərqlənməyən idarəçilik hökm sürür”.

7GÜN XƏBƏR xəbər verir ki, bu barədə Gununsesi.info-ya GDU-da baş verənlərdən məlumatlı mənbə xəbər verib. Mənbə xüsusən, Universitetin Tarix – Coğrafiya fakultəsində qanunsuzluğun baş alıb getdiyinə diqqət çəkir:

“Fakültənin dekanı Urfan Həsənov və onun tədris işləri üzrə müavini Niyaməddin Hacıyev GDU-nun qanunsuzluq simvoluna cevriliblər.
Deputatın atası, həbsdəki icra başçısının əmisi oğlu… -Gəncə Dövlət Universitetində nələr baş verir?

Xatırladım ki, Urfan Həsənovun bir oğlu Nurlan Həsənov Milli Məclisin deputatı, digəri isə Korrupsiyya ilə Mübarizə Baş İdarəsində yüksək vəzifədə işləyir. Niyaməddin Hacıyev, İmişlinin keçmiş icra başçısı – korrupsiyya, vəzifə saxtakarlığı cinayətlərinə görə həbs edilmiş Vilyam Hacıyevin əmisi oğludur”.

Mənbə qeyd edir ki, imtahan sesiyası vaxtı fakültədə özbaşınalıq meydan sulayır. “Tələbələrdən rüşvəti o qədər açıq şəkildə tələb edirlər ki, sanki bazarda alver edirlər. “İmtahanı özüm vermək istəyirəm” deyən tələbəni elə vəziyyətə salırlar ki, onlar peşman olub rüşvət tələblərini qəbul etmək məcburiyyətində qalırlar. Kollokvium vaxtı müəllimlərin jurnala yazdıqları qiymətlər Urfan Həsənovun göstərişi ilə Niyaməddin Hacıyev tərəfindən dəyişdirilərək Universitetin tədris departamentinə göndərilir. Fakultədəki müəllimlərin yazdığı qiymətləri dəyişmək onların hüquqlarının pozulması və qanunsuzluqdur. Etiraz edən müəllimləri təhdid edərək seçkidə qutuda saxlıyacağı ilə hədələyir”, – məlumatda qeyd olunur.

Mənbə əlavə edir ki, 800-dən artıq tələbəsi olan fakültənin, orta əsr təfəkkürü ilə idarə edilməsi ölkə Prezidentinin təhsil siyasətini sabotaj etmək cəhdidir.

Mənbə iddia edir ki, Həsənov-Hacıyev cütlüyünün “krışası” GDU-nun elmi katibi Teymur İsmayılovdur. “Bu elmi katibin Universitetdə öz “üsul – idarəsi” var, daha doğrusu çete yaradıb. Vəziyyət elədir ki, hətta rektor da ondan çəkinir. May ayında Ümumi Tarix kafedrasında keçirilən kafedra seçkisi zamanı baş verənlər isə heç bir ölçüyə sığmır. Belə ki, Teymur İsmayılov kafedrada öz namizədini müdür seçdirmək üçün kafedranın müəllimlərini “mənim dediyim namizədə səs verməlisiz, əks təqdirdə sizin qara günləriniz başlayacaq” deyə hədə – qorxu gəlib. Nəticədə onun istədiyi namizəd Etibar Musayev Ümumi Tarix kafedrasının müdiri “seçilib”. Etibar Musayev bir neçə il əvvəl Universitetdən qovulsa da Urfan Həsənovun dəstəyi ilə yenidən işinə bərpa olunub”.

Mənbə bildirir ki, Teymur İsmayılovun “çete” üzlərindən biri də Universitetin Tədris Departamentinin müdiri Elturan Yusifovdur. “O, yaxın adamları vasitəsi ilə tələbələrə imtahan suallarını və fərqlənmə diplomlarını ötürməklə məşğuldur”, – qaynaq əlavə edib.

Mənbə bildirir ki, GDU-nun kollektivi – müəllimlər və tələbələr Elm və Təhsil Nazirliyinin, hüquq mühafizə orqanlarının Universitetdə genişmiqyaslı yoxlamalar aparmasını, təhsil adına ləkə olan şəxslərin məsuliyyətə cəlb edilməsini, təhsil mühitinin bərpa olunmasını xahiş edirlər.

P.S: Yazıda adı keçən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.