İcra başçısı avtomobil salonu üçün tikdirdiyi obyekti öz adına sənədləşdirib - FOTOFAKT
Adil Vəliyev dövlət məmurudur və onun bu addımı qanunla qadağandır.Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə çox yazılıb. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir.
Bəzi məmurlar isə vaxtıilə biznes sahəsindən vəzifəyə gəliblər. Həmin məmurlar vəzifəyə təyinat aldıqdan sonra bizneslərini yaxın adamları vasitəsi ilə yenə də inkişaf etdirirlər.
Belə məmurlardan biri də Sabunçu rayon icra başçısı Adi Vəliyevdir. Vaxtı ilə biznes sahəsi ilə məşğul olan, daha sonra yenidən dövlət işinə qayıdan Adil Vəliyevin icra başçısı işlədiyi dövrdə avtomobil biznesini dahada böyüdüb.
7GÜN XƏBƏR xəbər verir ki, AzFakt-ın əldə etdiyi məlumata görə, Adil Vəliyev avtomobil binseni daha da inkşaf etdirmək üçün satış salonlarını genişləndirir. Belə ki, Bakı şəhəri Nizami rayon Babək prospekti 37 ünvanında avtomobillərin satış salonu açır.
Tikinti sahəsi 1026.35 kvadrat olan 2 mərtəbəli bu avtomobil satış salonunun hazırkı bazar qiyməti 4-5 milyon manat dəyərində qiymətləndirilir.
Məsələnin ilginc tərəfi isə odur ki, Adil Vəliyev avtomobil salonu üçün tikdirdiyi obyekti öz adına sənədləşdirməsidir. Yəni hazırda Sabunçu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Adil Vəliyev dövlət məmurudur və onun bu addımı qanunla qadağandır.
Məsələ ilə bağlı Sabunçu rayon icra başçısı münasibət bildirmədi.
Bu arada Adil Vəliyevlə bağlı 7GÜN XƏBƏR-ə çox ilginc məlumatlar daxil olub. Yaxın günlərdə mövzuya təkrar qayıdacağıq.