İcra başçısının köməkçisi oliqarxa necə çevrilib?
Rüstəm Xəlilovun bütün işlərinə Afiq Kərimovun nəzarət etdiyi deyilir.Azərbaycanda icra başçısı təyin edilən şəxslər ilk öncə köməkçilərini dəyişərək, özlərinə yaxın şəxsi bu vəzifəyə təyin edirlər. Ancaq bəzi müəmmalı istisnalarda var. Belə müəmmalı istisnalardan biri Hacıqabul rayonunda baş verib. Belə ki, Hacıqabul rayonuna icra başçısı təyin edilən Rüstəm Xəlilov, keçmiş başçının dövründə adı müxtəlif qalmaqallarda hallanan köməkçi Afiq Kərimovu vəzifəsindən azad etmədi. Hətta qalmaqallı Afiq Kərimovun səlahiyyətlərinin Rüstəm Xəlilov dövründə daha da artdığı deyilir.
7GÜN XƏBƏR bildirir ki, AzFakt.com-a daxil olan məlumata görə Hacıqabul icra başçının köməkçisi vəzifəsindən sui-istifadə edərək müxtəlif obyektlərə, torpaq sahələrinə və biznesə malik olan Afiq Kərimov oliqarxa çevrilib. Azərbaycanda icra başçıları köməkçiləri arasında ən varlısı və səlahiyyətlisi də Afiq Kərimov olduğu bildirilir. Hazırda Hacıqabulda icra başçısının tender, torpaq satışı, tikinti məsələlərindən tutmuş, məmurlardan gizli yolla alınan maliyyə məslələrinə qədər demək olar ki, bütün işlərinə Afiq Kərimovun nəzarət etdiyi deyilir. Hətta bir müddət əvvəl başçının birinci müavini təyin edilən Saleh Əskərovun da təyinatında köməkçi Afiq Kərmovun rolunun olduğu bildirlir.
Kiçik bir rayonun icra başçısının köməkçisi işləyən Afiq Kərimovun qədər sərvətə, mal-mülkə sahib olması isə sözün həqiqi mənasında hüquq mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.