Bağça müdiri qiyməti 800 -1 milyon manat arasında dəyişən obyekti necə tikib?


82 N-li uşaq bağçasının müdiri Təranə Ələkbərova qiyməti 800-1 milyon manat arasında dəyişən obyekti necə tikib?

Azərbaycanda vəzifədə çalışan məmurların böyük əksəriyyətinin çoxsaylı mənzillərə, obyektlərə, bahalı avtomobillərə sahib olması heç kimə sirr deyil. Sanki ki, bu cür məmurlar təyin edildikləri vəzifələrə xalqa, dövlətə xidmət üçün yox, öz şəxsi mənafelərinə xidmət üçün təyin ediliblər.

Acınacaqlı hal isə budur ki, vəzifəsindən sui-istifadə edərək öz şəxsi əmlaklarını artıran məmurların sayı günü-gündən çıxalmaqda davam edir. Artıq vəziyyət o hal alıb ki, məmurlar qanunları tapdalayaraq, əldə etdikləri obyektləri, biznesləri özlərinin və yaxud ailə üzvülərinin adlarına sənədləşdirməkdən çəkinmirlər.

Məlumata görə belə şəxslərdən biri də Yasamal rayonunda yerləşən 82 N-li uşaq bağçasının müdiri Təranə Ələkbərovadı. Xanım Ələkbərova Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində 2 mərtəbli, 500 kvadrat metrlik obyekt tikdirib. Aylıq əmək haqqısı 500-700 manat arasında dəyişən Təranə Ələkbərovanın adına məxsus obyektin hazırkı bazar qiymətinin 800-1 milyon manat arasında olduğu deyilir.

Aparılan araşdırmada məlum olub ki, Təranə Ələkbərovanın həyat yoldaşı Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərovdu. “Xalq Xəbər”