Zakir Həsənov Adil Vəliyevin oğluna hansı xidmətlərinə görə diplom verib?


Müdafiə naziri Zakir Həsənov Sabunçu rayon icra başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərliyə guya 44 günlük müharibədə orduya göstərdiyi dəstəyə görə Fəxri Fərman verib.

7gun.org xəbər verir ki, bu faktı bloger Mehman Hüseynov aşkarlayıb və özünün facebook hesabında yayıb.

Qeyd edək ki, Ənvər Ənvərli bir neçə gün öncə Mehman Hüseynovun başqa bir araşdırmasında bahalı maşınları ilə gündəmə gəlmişdi.

Fəxri fərmanda deyilir ki, Ə. Ənvərli müharibə dövründə vətəndaşlıq borcunu guya layiqincə yerinə yetirib. Deyəsən, fərman onun bahalı maşın kolleksiyasına sahibləndiyi üçün verilib. Əgər vətəndaşlıq borcu budursa, onda fəxri fərman “halal” olsun. Bloger qeyd edib ki, bu cür diplomlar bir sıra məmur balalarına təqdim olunub. Hətta nazirlik onlara tapşırıb ki, diplomları sosial mediada yaymayın.