Belə şərəfsiz, ləyaqətsiz və əxlaqsız adamları haradan tapırlar?
O gün sosial şəbəkələrdə yayılmış və 7GÜN TV-yə istinadən olunmuş "Ədliyyə Naziri ilə Penitensiar Xidmətin rəisi bir-birinə "girib"?" başlıqlı yazıya münasibətimizi bildirmişdik. İndi bu məsələ ilə bağlı bir daha yazmaq qərarına gəldik. Nə baş verir? Əslində bu sualın cavabı bizim özümüz üçün də biraz qaranlıqdır. Niyə belə bir ucuz yola əl atsınlar ki?Ölkə mətbuatının vəziyyəti heç kimə sirr deyil. Müstəqil mətbuat sıradan çıxarılır. Əvəzində ayrı-ayrı oliqarx-məmurların nəzarətində olan mətbuatın fəaliyyətinə hər cür imkanlar yaradılır. Hər küçədən keçən 5-10 manat müqabilində həmin "mətbuat"dan vəsiqə alıb düşürlər qapı-qapı dilənməyə. Nəticədə isə ortaya çox eybəcər mənzərə çıxır. Ən əsası da belə "jurnalistlər" hətta adi bir xəbəri hazırlaya bilmirlər. Bəzi yerlərdə də peşəkar jurnalistlərlə 5-10 manata görə bütün şərəfsizliyi bacaran "jurnalistlər"i bir-birindən ayırmaq çətin olur.
İndi sizə onların bəzilərini təqdim edəcəm. İbrahim Hümbətov adında bir "jurnalist" var. O, hər yerdə özünü İbrahim Qarabağlı kimi təqdim edir. Özü barədə düz-əməlli tərcümeyi-hal yaza bilməyən bu ünsür 3-4 sayt açıb (Azerinfo.az, Azerinfo.media və.s) qapı-qapı gəzir. 5-10 manat almaq üçün bütün günü idarə, müəssisə və təşkilatların qapılarının ağzında yatır. Hələ illər öncə şimal bölgəsində fəaliyyət göstərən bir tanınmış jurnalist həmin o İbrahim Hümbətovu xlaqsızlıq yuvasından pul almağa gedərkən çəkmişdi. Videonu növbəti dəfə təqdim edəcəyik.
Başqa bir saytın da qaranlıq işləri çoxdur. Bu, 1xeber.az saytıdır. Bunlar da digər iki nəfərdən-İbrahim Hümbətov və Ramil Sadıqlıdan geri qalmırlar. Bezdirici olmaması üçün bu barədə növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.
Bunlar nə işlə məşğuldurlar? Bizdə olan məlumata görə o şəxslər bir nəfər oliqarx-məmur tərəfindən idarə olunur. Onun sifarişi ilə bəzi vəzifəli şəxslər barəsində tənqidi yazılar dərc olunur. Hələlik həmin oliqarx-məmurun nə üçün belə bir işlə məşğul olduğunu deyə bilmirik. Ancaq tezliklə bunu öyrənməyə çalışacağıq.
Belə saytların əməkdaşları onlara verilən ən alçaq sifarişi belə icra etməkdən çəkinmirlər. O gün sosial şəbəkələrdə bizim adımızdan yayımlanan "Ədliyyə Naziri ilə Penitensiar Xidmətin rəisi bir-birinə "girib"?" başlıqlı yazını bu saytlar da dərc edib. Bu gün onlarla əlaqə saxladıq. Bunun təxribat olduğunu onlara dedik. Və xahiş etdik ki, bu təxribata son qoyulması üçün bizim saytın adı silinsin. Nədənsə onlar bizi başa düşmədilər. Olsun. Əlbət biz onların iç üzünü açacağıq. Bizim özümüzə də çox maraqlıdır: Belə şərəfsiz, ləyaqətsiz və əxlaqsız adamları haradan tapırlar? Niyə onları "jurnalist" kimi mətbuata salırsız? Bunu edən kimlərdir? Bütün bunları bilmək üçün bizi izləyin.
✍️
Türkan