Neftçala və Salyan rayonlarında maarifləndirici tədbirlər keçirilib


7GÜN TV xəbər verir ki, 13 oktyabr tarixində “Şəffaf İdarəçilik” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Hökümət qurumlarında ictimai nəzarət, ictimai iştirakçılıq platformalarının yaradılması və maneəsiz iştirakçılıq” layihəyəsi çərçivəsində Neftçala və Salyan rayonlarında maarifləndirici tədbirlər və vətəndaşlar arasında mövcud ictimai şuranın fəaliyyəti haqqında sorğu keçirmişdir.
 
Təşkilatın idarə heyətinin üzvü Sevil Kazımın verdiyi məlumata görə, tədbirlərdə rayon İcra Hakimiyyəti yanında ictimai şuranın üzvüləri, icra hakimiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən qeyri hökümət təşkilatlarının nümayəndələri, aktiv vətəndaşlar və gənclər iştirak etmişlər.

Layihə çərçivəsində icra hakimiyyətinə  müddəti tamamlanmaqda olan ictimai şuraya yeni seçkilərdə ictimai iştirakçılıq  platformasının yaradılması, yeni seçiləcək tərkibin 1/3 hissəsinin yeni üzvlərdən ibarət olması, platformada təmsil olunun vətəndaş cəmiyyəti institutları və aktiv insanların şura seçkilərindən sonra fəaliyyətlərinin şura tərəfindən koordinasiya olunması və şuranın platforma üzvləri qarşısında hesabat verməsi, platformanın vahid e-mail qrupunun  yaradılması tövsiyyə olunmuşdur.

Şura üzvlərinə vətəndaşlarla daimi təmasda olmaq, vətəndaşların və vətəndaş cəmiyyəti institutları nümayəndələrini ictimai müzakirələrə,
ictimai dinləmələrə, ictimai rəyin öyrənilməsi, hüquqi akt layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmələrə cəlb edilməsi tövsiyyə edildi.

Keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti yanında ictimai şuraların sədrləri  çıxış edərək ictimai şuraların fəaliyyətləri haqqında məlumat veriblər. İctimai şuraların gələcək fəaliyyətinin daha da təkmilləşməsinin vacibliyini vurğulanıb.

Aktiv vətəndaş cəmiyyətinin iştirak etdiyi tədbirlər sual cavab formatında davam etmişdir.
Neftçala və Salyan rayonlarında maarifləndirici tədbirlər keçirilib