Abidin Fərzəliyevin qaranlıq keçmişi: “Kilid adam” müəmması, PA-ya göndərilən şok dosye, hədiyyə edilən “Altun”
Bakıda məşhur tamada Natiq Dağlaroğlunun bıçaqlandığı “Altun” şadlıq sarayı ilə bəzi faktlar üzə çıxıb. Beləkimediada yayılan məlumata görə, sözügedən şadlıq sarayı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə məxsusdur. Abdin Fərzəliyev hələ Nərimanovun icra başçısı olanda “Altun”u inşa edib. Onu da bildirək ki, “Altun” şadlıq sarayı həm də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru, hazırda məhkumluq həyatı yaşayan Vüqar Səfərlinin sevimli məkanı olub. KİVDF-nin əksər tədbirləri məhz bu şadlıq sarayında keçirilib.
Vüqar Səfərlinin “qara işləri” üçün “Altun” şadlıq evini seçməsi də təsadüfi deyil. Yuxarıda şadlıq evinin Abdin Fərzəliyevə məxsus olması haqda iddianı qeyd etdik. O isə Ramiz Mehdiyev, Əli Həsənov tandeminin kadrlarından hesab edilir.
Xatırladaq ki, Abin Fərzəliyev vaxtilə hakim Yeni Azərbaycan Partiyasında Əli Həsənovun müavini vəzifəsində çalışıb. Abdin Fərzəliyev 2014-cü ildən YAP-da Partiyalararası əlaqələr və dialoq komissiyasının sədr müavini təyin edilib. Həmin komissiyanın sədri isə Əli Həsənov olub. Vüqar Səfərli də bu qruplaşmaya daxil olan şəxslərdəndir. Maraqlıdır ki, Ramiz Mehdiyevlə Əli Həsənov hakimiyyət komandasından çıxdaş edilsə də, Abdin Fərzəliyev özünü qoruya bilib. Heçdə uzaq olmayan keçmişdə böyük qalmaqalla yadda qalan Abidin Fərzəliyevlə bağlı media üzərindən apardığımız araşdırmalar zamanı ilginc məlumatlarla rastlaşdı
Abdin Fərzəliyev-Əli Həsənov dostluğu Abşeron icra hakimiyyəti başçısının adı hallanan qalmaqallardan biri də Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovla bağlıdır. Belə ki, Bakıda çoxsaylı mülklərə sahib olan məhkəmə sədrinin Abdin Fərzəliyevlə ciddi biznes əlaqələrində olması haqda yerli mediada iddialar səslənib. Həmin iddialara görə, A.Qafarov paytaxtda sahib olduğu mülkləri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı olarkən Abdin Fərzəliyevin yaxın adamı olan Nurlan adlı şəxsin vasitəsilə idarə edib. Nurlan Həsənovla bağlı məqamlara ayrıca olaraq toxunacayıq.
İndi isə bildirək ki, A.Qafarovun Ə.Həsənovla əlaqələri haqda iddialar səslənib. Deyilənə görə, məhkəmə sədri vaxtilə Həsənova “haqq” verərək istədiyini edirmiş. Onu da bildirək ki, prezidentin sabiq köməkçisi, Əli Həsənov A.Fərzəliyevdən xeyli hədiyyə alıb. Bununla bağlı ölkə mediasında yer alan məlumatları:
– Mediada yayılan iddialara görə, keçmiş Montin parkında 20 sot ərazidə 4 mərtəbəli villa A.Fərzəliyev tərəfindən tikilərək tam təmirli şəkildə Ə.Həsənova bağışlanıb. İcra başçısının prezidentin keçmiç köməkçisinə etdiyi bu yaxşılığın səbəbi aydın deyil. Lakin bu, Fərzəliyevin Həsənova ilk belə hədiyyəsi sayılmaz.
– Əhməd Rəcəbli 29 ünvanında 4 min kvadratmetr sahəni əhatə edən 5 mərtəbəli bina Fərzəliyev tərəfindən Həsənova hədiyyə edilib. Binanın iki mərtəbəsi “Mayomed medikal” tibb mərkəzinə icarəyə verilib, qalan 3 mərtəbəsində isə “Kaspi kids”, “Kaspi poliqlot” və “Kaspi abituriyent” yerləşir. Amma məsələ bununla məhdudlaşmır. Məlum olur ki, icra başçısı Heydər Əliyev mərkəzinin yaxınlığında ümumi sahəsi 400 kvadratmetrdən artıq olan 3 mənzili də alaraq sabiq köməkçiyə hədiyyə edib. Maraqlıdır ki, həmin bina prezident İlham Əliyevin sərəncamı ilə dövlət vəsaiti hesabına inşa edilib.
İcra başçısının Nurlan Həsənov müəmması
Yuxarıda qeyd etdiyimiz kimi icra başçısının həmyerlisi olan Nurlan adlı şəxs yaşca Abdin Fərzəliyevdən kiçik olsa da, onun ən etibarlı adamı kimi tanınıb və icra başçısının qeyri-rəsmi işlərinə rəhbərliyi məhz bu şəxs həyata keçirir.
7GÜN TV xəbər verir ki, mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, bütün “qara işlər”ə Fərzəliyevin “sağ əli”, faktiki, özünü birinci müavin kimi aparan Nurlan Həsənov rəhbərlik edir. O, ortada çox görünməsə də, hər kəs bilir ki, Nurlan Həsənov Fərzəliyevin “sağ əli” olmaqla, onun bütün “işlərilə” şəxsən özü məşğul olur.
Onu da bildirək ki, Nərimanov İcra Hakimiyyətinin “kilid adamı” olan İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri Nurlan Həsənov bu ilin fevral ayında Abşeron İH-də vəzifə ilə təmin olunub. N.Həsənov Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsini daşıyır. Məlumata görə şöbə müdiri vəzifəsindən çıxaraq Abşeron icra hakimiyyətində baş məsləhətçi vəzifəsinə təyin olunan Nurlan Həsənovun bu vəzifəsi sadəcə formal xarakter daşıyır. Onun əsas işi bundan sonra Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir. Bildirək ki, N.Həsənov haqda ölkə mediasında çox sayda ilginc iddialar səslənib.
Bununla bağlı media üzərindən apardığımız araşdırmalar zamanı rast gəlinən məlumatlara görə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin şikayətinə görə, Əhməd Rəcəbli küçəsi, 46 ünvanında yerləşən “Əlillər evi”innin ərazisini zəbt edən Nurlan Həsənov burda atası Həsən Həsənova və bacısı Südabə Həsənovaya villalar tikib.
Mediada yer alan digər bir iddia isə xüsusilə diqqət çəkir. Belə ki, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılaraq oğurlanması, daha sonra yoxa çıxması ilə bağlı Elşad Abdullayevin ictimaiyyətlə paylaşdığı məlumatların birində göstərilir ki, ondan qardaşının azadlığa buraxılması üçün 500 000 ABŞ dolları tələb edilib. Bu tələblə bağlı danışığın həyata keçirilməsi üçün Arzu Kazımovskinin tövsiyyəsi ilə İçəri Şəhərdə ofisdə görüş baş tutub. Həmin görüşdə özünü idmançı kimi təqdim edən Nurlan Həsənov pulun tələb edilməsi ilə yanaşı Mahir Abdullayev haqqında etik olmayan ifadələr də işlədib. Nurlan Həsənov Arzu Kazımovskiyə bildirib ki, “Mahir Abdullayev qorxudan şalvarını doldursa da hələ dözür”. Elşad Abdullayevin dediyinə görə bunu deyən Nurlan Həsənov Mahir Abdullayevin oğurlanması və qarşılığında pul tələb olunması ilə bağlı rolunu etiraf etmiş olub. Elşad Abdullayevin bildirdiyinə görə O özü bu danışığa şahidlik edib. O zaman Baş Prokurorluq Nurlan Həsənovla bağlı axtarış elan etsə də məsələ ört basdır edilib.
“Quska” və Sevinc Babayeva sindromu
Abşeron icra başçısının keçmişi ilə bağlı yaşadığı ciddi problemlərdən biri onun keçmiş deputat, hazırda həbsdə olan Hüseyn Abdullayevlə isti münasibətlərinin olmasıdır. Bununla bağlı bildirək ki, Abdin Fərzəliyevin hakimiyyətdəki rəqibləri bu məsələ barədə vaxtaşırı mediaya faktlar ötürürlər. Eyni zamanda bu barədə Prezident Administrasiyasına dosye göndərilib.
Bu iddianın nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma Hüseyn Abdullayevlə Rövnəq Abdullayev arasında münasibətlərin kəskin olduğu bəllidir. Digər tərəfdən 2005-ci ilin parlament seçkilərində Abdin Fərzəliyev Hüseyn Abdullayevə və hakimiyyətin hədəfində olan başqa bir keçmiş deputata – Rza İbadova dəstək verib. Abdin Fərzəliyev həmin vaxt Nizami rayonunun icra başçısı olub. Rza İbadov isə seçkidə Rövnəq Abdullayevin rəqibi idi.
Abdin Fərzəliyev karyerasında ən böyük narahatlığı Gülər Əhmədova olayında keçirib. Bunun səbəbi isə icra başçısının bu hadisələrdə əsas fiqurlardan olan mərhum Sevinc Babayeva amili idi. İcra başçısı və Sevinc Babayeva münasibətləri ilə bağlı mediada ciddi iddialar səsləndirilib. Lakin o zaman hansı səbəbdən bu fakt diqqətdən kənarda qalıb. Məlumatlara görə, Abdin Fərzəliyevin rəqibləri bu məsələni də yenidən gündəmə gətirmək niyyətindədirlər.
“Altun” şadlıq evinin dərin kökləri
Nərimanov icra hakimiyyəti başçısıAbdin Fərzəliyevin karyerasına son verəcək səbəblərdən biri də illər əvvəl onun inşa etdirib bağışladığı “Altun” şadlq sarayıdır. Belə ki, bu sarayın adı və bağışlanma ünvanı ilə bağlı məqamlar A.Fərzəliyev üçün hər zaman sirr kimi saxlanması vacib olan məsələdir.