Nurlan Həsənov “başınıza oyun açaram” deyərək, jurnalisti təhdid edir?!
7GÜN TV xəbər verir ki, Abdin Fərzəliyevin Abşeronda formalaşdırdığı idarəetmə sistemindən yaranmış narazılıqlarla bağlı ötən günlərdə Reallıq.Tv ətraflı məlumat vermiş və Prezidentin tapşırıq və tövsiyyələrinə qarşı olan icra başçısının fəaliyyətinin araşdırılmasını vacib hesab etmişdi.Abdin Fərzəliyevin “tikinti biznesi”, rayonda sahibkarlar qarşısında yeni qanunsuz tələblərin qoyulması, qəsəbə və kəndlərdə fəaliyyət göstərən dələduz makler şəbəkəsi ilə şəxsi maraqlar zəminində formalaşan işbirliyi ciddi narazılıqlara səbəb olmaqla araşdırmalarımızın əsas mövzusu olub. Yeni təyin olunan icra başçısının “ALVER”i rayonun qəsəbələrində kütləvi qanunsuz tikintilərin başlanmasına şərait yaratmaqla diqqətimizdən yayınmamış və sadə insanların müraciətlərinin ictimailəşdirilməsini önəmli sayaraq, haqlı məqamları aidiyyatı qurumların diqqətinə çatdırmışdıq.
Abşeronun yeni “bəlası” Abdin müəllimin tikinti və park “biznesi” bir sıra suallar yaradırdı və Reallıq.TV cavabı məlum olan sualları problemləri yaradan şəxslərə ünvanlamaqla qarşı tərəfin mövqeyini də öyrənməyə cəhd etmişdi. Yaranmış suallar sadə olsada, qarşı tərəfin cavablandırması və ya səmimi cavab verməsi mümkünsüz görünürdü və elədə oldu.
Abşeron rayonunda qanunsuz tikintilərin dayandırılması və qısa müddət sonra onlara “icazə” verilməsi, mərkəzi parklarda icra başçısının “sağ əli” Nurlan Həsənovun əyləncə mərkəzləri, özlərinə ev tikmək istəyən vətəndaşlardan əsassız tələblər sakinlər tərəfindən birmənalı qarşılanmır. İki gün öncə Xırdalan şəhərində Heydər Əliyev parkının açılışını edən Abdin Fərzəliyevin illərlə insanların xidmətində olan istirahət mərkəzində dövrə vurmasının səbəbi də sonra məlum olmuşdu. Abşeronun yeni “biznesmen” icra başçısı sən demə parkda özünə qazanc nöqtələri seçirmiş və bir neçə saat sonra Nurlan Həsənovun “pul kəsən texnikası” istirahət məkanını doldurmuşdu.
Bu kimi əməlləri və qanunsuz tikintilərə böyük “hörmət” hesabına verdiyi icazələr Abşeronda haqlı narazılıqlara səbəb olub. Abşeronun Masazır, Xırdalan və digər yaşayış məntəqələrində saxta sənədləşmələr hesabına tikilən obyektlər, hündürmərtəbəli binalar icra başçısının dələduz makler şəbəkəsi ilə işbirliyinin nəticəsi hesab olunur və reallıq deyilənləri təsdiq etməkdədir.
Reallıq.TV – də işıqlanan faktlar icra başçısı Abdin Fərzəliyevin həm “sağ əli”, həmdə “qoçusu” rolunu icra edən Nurlan Həsənovun qəzəbinə səbəb olub. Yazılardan sonra “başınıza oyun açaram” deyən Nurlan müəllimin təhdid və hədələri davam etməkdədir. Lakin istər Abdin müəllimin, istərsədə Hurlan Həsənovun hədələri bizi narahat etmir və ümid edirik ki, onlar özləri də bu təhdidlərin mənasız olduğunu yaxşı bilirlər. Ölkə mediasında milyonçu məmur kimi təqdim edilən Abdin Fərzəliyevin o qədər var – dövləti necə əldə etməsidə gizli qalmayıb. Nərimanov rayonunda icra başçısı olduğu illərdə rayonu qarış-qarış satan Abdin müəllimin tamahı hər zaman müzakirə mövzusu olub. Prezidentin keçmiş köməkçisi Əli Həsənovun əli ilə mediada ona qarşı yazanları “cəzalandıran” Fərzəliyev yeni metod seçib. “Sizi məhv edərəm” deyən Abdin müəllimin tezliklə məhv olacağını deyə bilməsəkdə, onun qanunsuz və yarıtmaz fəaliyyətinin araşdırılması üçün vacib bildiyimizi edəcəyik.
Reallıq.TV – yə müraciət edən vətəndaşların şikayətləri ilə bağlı araşdırmalarımız davam edir və yaxın zamanda Abdin Fərzəliyevin “Abşeron məcaraları” ilə bağlı geniş məlumat verəcəyik.